NATO Finlandiyada nüvə silahı yerləşdirə bilər- ÖZƏL

Olaylar.az xəbər verir ki, Finlandiyanın milli-mühafizəkar partiyası olan Azadlıq Alyansının üzvü Armando Memanın sözlərinə görə, NATO və ABŞ istənilən vaxt Finlandiya ərazisində ölkə hakimiyyətindən icazə almadan nüvə silahı yerləşdirə bilər.
"Finlandiya nüvə silahları qanununda dəyişiklik etdiyinə görə, NATO-nun Finlandiyada nüvə silahlarını yerləşdirmək qərarına gəldiyi təqdirdə təsdiqə ehtiyacı yoxdur. Bu çox vacib məsələ ilə bağlı heç bir ictimai müzakirə aparılmayıb. Praktikada ABŞ bu silahları istənilən vaxt, hətta Finlandiya hakimiyyətinə məlumat vermədən yerləşdirə bilər", - deyə Mema X-də yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31