Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çıxarılmalıdır

Tarixən ermənipərəsət mövqeyi ilə seçilən Fransa günümüzdə də bu siyasətinə sadiq qalaraq işğalçı ölkə ilə eyni sırada yer alır.

Tarixən ermənipərəsət mövqeyi ilə seçilən Fransa günümüzdə də bu siyasətinə sadiq qalaraq işğalçı ölkə ilə eyni sırada yer alır. Baxmayaraq ki, rəsmi Paris ATƏT-in Minsk qrupunda təmsil olunur, ancaq buna rəğmən erməniıərin ikinci vətəni sayılan bu ölkə daima tarazlığı pozaraq vasitəçilik missiyasına zidd şəkildə öz ermənipərəsət mövqeyi ilə seçilir. Maraqlısı odur ki, Fransanın ermənipərəsət mövqeyi artıq ayrı-ayrı siyasilər, fərdlər, təşkilatlar aspektində deyil, dövlət səviyyəsində özünü büruzə verir. Bir müddət əvvəl Fransa prezidenti Emmanuel Makronun işğalçı ölkədə keçirilən Frankafoniya sammitində iştirak üçün Ermənistana səfər etməsi, həmin ərəfədə onun Azərbaycana da səfərinin nəzərdə tutulduğu halda region səfərini yalnız İrəvanla kifayətləndirməsi bunun əyani sübutudur. Ümumiyyətlə, Fransanın dövlət siyassətinə  nəzər yetirdikdə aydın şəkildə görürük ki, digər vasitəçi ölkələrdən fərqli olaraq Paris heç bir halda Azərbaycanla Ermənistan arasında balansı qorumur, hər iki ölkəyə qarşı eyni prizmadan yanaşmır.  Məsələn, Rusiya Federasiyasının prezidenti Vladimir Putin regiona səfəri çərçivəsində balansı qoruyub həm Azərbaycan, həm də Ermənistana səfər etdiyi halda, eləcə də iki ölkə rəhərlərinin müntəzəm olaraq Rusiyaya dəvət edib Dağlıq Qarabağ probleminin həlli istiqamətində səmərəli müzakirə apardığı təqdirdə, yaxud Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Cənubi Qafqaz regionuna səfər çərçivəsində hər iki ölkədə Dağlıq Qarabağ problemi ətrafında da fikir mübadiləsi apardığı halda, lakin rəsmi Parisdən anoloji mövqeyi görə bilmirik. Əksinə Fransa hər zaman vasitəçilik missiyasına zidd olaraq Dağlıq Qarabağ problemi ilə bağlı məsələdə tərəf tutur, Ermənistanın yanında yer alır. Bu azmış kimi hətta Paris açıq şəkildə belə separatizmə dəstək nümayiş etdirir, ölkələrin ərazi bütövlüyünün pozulub orada yaradılan qondarma rejimlərin qanuniləşdirilməsinə, hüquqi baxımdan tanınmasına şərait yaradır. Elə bir müddət əvvəl Fransanın bir neçə iri şəhərinin bələdiyyə rəhbərlərinin Azərbaycanın işğal altında olan ərazilərinə səfər edərək orada qondarma rejimin rəhbərliyi ilə görüşlər keçirməsi və əməkdaşlıq sazişləri imzalaması da bunun əyani sübutudur.

Bu günlərdə isə Paris daha bir ədalətsizliyə, beynəlxalq hüquq prinsiplərinə zidd addım ataraq separatizmi dəstəklədiyini bir daha sübuta yetirib. Belə ki, qondarma Dağlıq Qarabağ "Respublikası"nın rəhbəri Bako Saakyan Fransaya səfəri təşkil edilərək orada qondarma rejimin rəhbəri kimi təqdim  olunub. Ümumiyyətlə,   qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyan davamlı olaraq Fransaya səfər edir. Fransa hökuməti tərəfindən bu kimi qanunsuz səfərlərin qarşısının alınması üçün heç bir tədbir görülmür. Azərbaycan vətəndaşları Fransa səfirliyində viza almaq üçün süründürməçilik və bürokratik problemlərlə üzləşdiyi halda, saxta pasport məlumatları ilə Bako Saakyan və digərləri Fransa ərazisinə asanlıqla daxil olurlar. Qanuni əsaslarla Fransaya səfər edən Azərbaycan vətəndaşları Fransanın sərhəd-keçid məntəqələrində əsassız sorğu-suallarla qarşılaşırl

Göründüyü kimi Fransa açıq-aşkar ikili standartlara əsaslanan siyasət yürüdür. Baxmayaraq ki, Cənubi Osetiya, Abxaziya, Transdnestria və Krımdan olan şəxslərin Fransanın ərazisinə daxil olmasına icazə verilmir. Bütün bunları nəzərə alaraq Fransanın qərəzli və qeyri-obyektiv tərəf olduğunu nəzərə alaraq, Fransa Minsk Qrupunun həmsədrliyindən çıxarılmalıdır. ATƏT-in Minsk Qrupunun həmsədrlik institutu yaradılan zaman Azərbaycan qəti şəkildə Fransanın həmsədr olmasına etiraz edirdi. O zaman Fransa qərəzsiz və tarazlı siyasət yürüdəcəyinə öhdəlik götürmüşdü.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31