Gündəm

"Konsulluq xidmətləri bütün “ASAN Xidmət” mərkəzlərini əhatə edəcək"

17 Yanvar 2019 14:39

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2019-cu il tarixli konsulluq xidmətlərinin göstərilməsində şəffaflığın artırılması məqsədilə imzalanmış müvafiq Fərmanına əsasən “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin sayı artırılıb. Fərmana əsasən mərkəzlərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən xidməti və diplomatik pasportların verilməsi və dəyişdirilməsi, sənədə apostil verilməsi və sənədin leqallaşdırılması, həmçinin viza rəsmiləşdirilməsi üçün xarici ölkələrin səfirliklərinə və konsulluqlarına notanın verilməsi xidmətləri də həyata keçiriləcək. Fərmandan irəli gələn məsələlər haqqında verən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib ki, ölkə başçısı tərəfindən imzalanan fərmana əsasən bundan sonra vətəndaşlarımıza mərkəzlərdə daha şəffaf, operativ şəkildə konsulluq xidmətləri təqdim olunacaq.

Sabah hava necə olacaq? - Nazirlik açıqladı

17 Yanvar 2019 13:35

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək.