Ukraynalı deputat debata Çarli Çaplinin kostyumunda gəldi

Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko teledebata Çarli Çaplinin kostyumunda gəlib. 

Bununla deputat Ukraynanın hazırkı prezidenti Petr Poroşenkoya dəstək nümayiş etdirmək və hazırda yüksək reytingə sahib olan prezidentliyə namizəd, yumor ustası və şoumen Vladimir Zelenskini ələ salmaq istəyib. 

"Bilirsiniz, Çaplin tarixdə öz izlərini buraxıb və o, heç vaxt öz bığlarını diktatorun bığlarına dəyişməzdi. Heç vaxt siyasətə getməzdi, çünki onu başqa cür çağırırdılar", - Qonçarenko bildirib. 

Bu deputatın ilk maskaradı deyil: o, Skripalla bağlı hadisədən sonra ATƏT-in iclasına rezin əlcəklərlə gəlmişdi və bildirmişdi ki, ruslar onu zəhərləmək istəyir.

Oxu.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31