Baş Qərargah rəisi: "Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunmasını arzulayırıq"
17 Yanvar 2019 14:58 Siyasətİran İslam Respublikası Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib və Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunmasını arzulayır.
Bunu Bakıda səfərdə olan İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri deyib.
O bildirib ki, İran, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması, məcburi köçkünlərin və qaçqınların problemlərinin həll olunması, öz yurd-yuvalarına qayıtması məsələlərinin həll olunmasını istəyir.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31