Gündəm

Şəhid ailəsinin üzvü: "Prezident İlham Əliyev bu gün bir daha şəhid ailələrinin problemlərini diqqətdə saxladığını göstərdi"

28 Yanvar 2019 17:32

Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələrinə daim diqqət və qayğı ilə yanaşıb. Bunu şəhid ailəsinin üzvü Sevinc Lalayeva deyib.

"Ehtiyacı olan insanların mənzillə təmin olunması istiqamətində böyük işlər görülür"

28 Yanvar 2019 17:28

"Qaçqın və məcburi köçkünlərin mənzillə təmin olunması Azərbaycan dövlətinin apardığı siyasətin humanist xarakterini nümayiş etdirir”. Bu sözləri "Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

"Dövlət iş qabiliyyətli əhalini risklərdən uzaq tutulmağa çalışır"

28 Yanvar 2019 17:05

“Yaşadığımız dövrün ən böyük sosial, iqtisadi problemlərindən biri işsizlikdir. Bu problem bütün dünya ölkələrinə bu və ya digər dərəcədə öz təsirini göstərməkdədir. Dünyada elə bir ölkə yoxdur ki, işsizlik problemi ilə üzləşməsin. Qloballaşma əmək bazarlarına da təsir edərək, dövlətlərdən işsizliyin aradan qaldırılması yolunda düzgün strategiya qurmağı tələb edir”. Bu fikirləri politoloq Nəzakət Məmmədova deyib.

İlham Əliyev: "Azərbaycan həmişə qanunun aliliyinə, beynəlxalq hüququn normalarına əməl edilməsinə çalışır"

28 Yanvar 2019 16:09

Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Rossiya 1” televiziya kanalına müsahibə verib. Həmin müsahibə yanvarın 28-də “Rossiya 24” kanalında yayımlanıb. “Rossiya 24” telekanalının aparıcısı dedi: Bəzi ölkələrin beynəlxalq təşkilatların qərarlarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə seçici yanaşması mövcud dünya quruluşuna mənfi təsir edir. Qaydaların pozulması ölkələr arasında gərginliyə gətirib çıxarır, qarşılıqlı fəaliyyətin səviyyəsi aşağı düşür və biznesi aparmaq çətinləşir.