Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır

Meyxanaçı Rəşad Dağlı və başqalarının əfv məsələsi gündəmdədir.

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib.

Onun sözlərinə görə, böyük bir əfv fərmanının verilməsi təşəbbüsü ilə çıxış ediblər:

"İstəyirik ki, bir dəfə böyük bir əfv fərmanı verilsin, Rəşad Dağlı, Anar Məmmədov, Natiq bəy və başqaları azadlığa çıxsınlar. Onların adları siyahımızdadır. İstəyirik ki, hamısı bir yerdə azad edilsin. Təklif etmişik, görək necə olur".

Amma müsahibimiz böyük əfvin baş tutub-tutmayacağı və ya nə zaman reallaşacağı barədə söz deyə bilməyəcəyini deyib. Onun sözlərinə görə, təklif verilib, böyük əfv arzulayıblar."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31