"Ehtiyacı olan insanların mənzillə təmin olunması istiqamətində böyük işlər görülür"

"Qaçqın və məcburi köçkünlərin mənzillə təmin olunması Azərbaycan dövlətinin apardığı siyasətin humanist xarakterini nümayiş etdirir”. Bu sözləri "Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

"Qaçqın və məcburi köçkünlərin mənzillə təmin olunması Azərbaycan dövlətinin apardığı siyasətin humanist xarakterini nümayiş etdirir".

Bu sözləri  "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, dövlətimizin apardığı sosial siyasət çoxşaxəliliyi və məzmunlu olması ilə seçilir: 

"Sözsüz ki, bu siyasətin bütün istiqamətlərini ölkə başçısı müəyyən edir. Sosial siyasətin həyata keçirilməsi istiqamətində böyük nəticələr əldə olunduğunu görürük. Ölkəmizdə müəyyən kateqoriyadan olan insanların mənzillə təminatı sahəsində əldə olunan nəticələri götürsək, mübağiləsiz deyirəm ki, dünya ölkələri ilə müqayisədə Azərbaycan qədər böyük işlər görən dövlətin şahidi ola bilmərik. Bu sahədə ölkəmiz dünyanın hətta ən inkişaf etmiş ölkələrini belə qabaqlayıb".

Baş redaktor bildirib ki, xüsusilə son illərdə ehtiyacı olan insanların mənzillə təmin olunması istiqamətində böyük işlər görülür: 

"Əhalinin müxtəlif təbəqələrinin, o cümlədən şəhid ailələrinin və milli qəhrəmanların, Qarabağ müharibəsi nəticəsində əlil olmuş şəxslərin, jurnalistlərin, hərbi qulluqçuların mənzillə təmin olunması dövlətimizin bu gün apardığı sosial siyasətin istiqamətlərindən biridir".

Qeyd edək ki, son 18 il ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda bütün sosial-texniki infrastruktura malik 102 müasir qəsəbə salınıb. Ötən il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib.

Sherg.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31