Nikol Paşinyan: Ermənistan böyük dövlətlərin münaqişələrinə qarışmaq idddiasında deyil – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə ölkəsinin kiçik və təvəzökar bir dövlət olduğunu, Vaşinqton və Tehran arasında vasitəçilik etmək kimi iddialarının olmadığını bildirib. 

Paşinyan Birləşmiş Ştatların iştirakı ilə planlaşdırılan "Tramp marşrutu" (TRIPP) layihəsinə və İranın bu barədə narahatlıqlarına da toxunub. O vurğulayıb ki, Sünikdən keçməsi nəzərdə tutulan bu infrastruktur layihəsi heç bir ölkəni kənarda qoymur, əksinə, Fars körfəzindən Qara dənizə qədər Azərbaycan, İran, Ermənistan və Gürcüstandan keçən dəmir yolu əlaqəsini açaraq bütün regiona fayda verəcək. 

Xatırladaq ki, ABŞ-yə 99 illik inkişaf hüququ verilməsini nəzərdə tutan TRIPP layihəsi ilə bağlı İran səfiri Xəlil Şirqolami amerikalıların regiondakı varlığının Tehran üçün risk yarada biləcəyini qeyd etmişdi. Paşinyan isə İrana planlaşdırılan səfərinin dəqiq tarixinin hələ müəyyənləşmədiyini əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31