Ermənistan hökuməti İSTEFAYA GEDİR

Ermənistan hökuməti iyunun 7-də keçirilmiş parlament seçkilərinin yekunlarına əsasən yeni nazirlər kabinetinin formalaşdırılması ilə əlaqədar avqustun 2-də səlahiyyətlərinə xitam verəcək.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

Hökumət rəhbərinin sözlərinə görə, bugünkü iclas nazirlər kabinetinin mövcud tərkibdə sonuncu iclası olub.

Paşinyan iclasda çıxışı zamanı bildirib: "Biz bazar günü istefa verəcəyik. Bu gün hökumətin bu tərkibdə sonuncu iclası keçirilir".

O xatırladıb ki, yeni çağırış parlamentin ilk iclası günü fəaliyyətdə olan hökumət avtomatik olaraq istefaya gedir. Bundan sonra Ermənistan prezidenti parlamentdə çoxtərəfli üstünlüyə malik partiyanın təqdim etdiyi namizədi baş nazir postuna təyin edəcək.

Qeyd edək ki, iyunun 7-də keçirilən parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi hakim "Vətəndaş Müqaviləsi" partiyası qələbə qazanıb.

Bu nəticə həmin siyasi qüvvəyə yeni hökuməti təkbaşına formalaşdırmaq imkanı verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31