“İkili standart onların yaşam tərzidir”
28 Yanvar 2019 17:14 SiyasətAvropa Parlamenti həmişə istədiyi hadisəyə öz təbirincə qiymət verməyi peşə seçib. Yerevanın "Nubaraşn" təcridxanasında saxlanılan Haymews.am saytının rəhbəri "Erməni qartalları" Vahid Ermənistan partiyasının sədr müavini Mqer Yeqiazaryanın 52 günlük aclıqdan sonra həbsxanada vəfat etməsi kimi dəhşətli hadisəyə heç bir beynəlxalq təşkilat reaksiya verməyib. Ancaq Azərbaycanda bir cinayətkar həbs edilirsə, həmin an beynəlxalq təşkilatlar münasibət bildirir.
Bu sözləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
Onun sözlərinə görə, Avropanın beynəlxalq təşkilatlarının böyük əksəriyyəti öz istədiklərinə uyğun bəyanatlar səsləndirir, yanlış informasiyaların yayılmasına rəvac verirlər:
"Bununla da heç bir əsası olmadan Azərbaycan haqqında sifarişli bəyanatlar yayırlar. Göründüyü kimi ikili standart onların yaşam tərzidir. Avropa Parlamenti xəcalət çəkməkdən əsassız qətnamələr qəbul edir".