Beynəlxalq təşkilatlar niyə susurlar?

Avropa Parlamenti ikili standartlarını davam etdirir

Beynəlxalq təşkilatların, xüsusən Avropa Şurası və Avropa Parlamentinin Azərbaycana qarşı ikili standartlarla çıxış etməsinin dəfələrlə şahidi olmuşuq. Bü günlərdə bloger Mehman Hüseynovla bağlı Avropa Parlamentinin qəbul etdiyi qəynamı buna bariz nümunədir. Təəssüfləndirici məqam ondan ibarətdir ki, antiAzərbaycan möqeyində olan digər beynəlxalq təşkilatlar və insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar da bu kimi məsələlərdə ikili standartlardan çıxış edirlər. Məlum məsələdir ki, əksər beynəlxalq təşkilatlar Azərbaycanla bağlı sənəd qəbul edərkən, yaxud hesabat hazırlayan zaman heç bir mənbəyi olmayan yanlış məlumatlara əsaslannırlar. Subyektiv və qərəzli xarakter daşıyan sənəd isə təbii ki, reallığı əks etdirə bilməz. Bu səbədən də ölkəmizlə bağlı qəbul edilən sənədlərin sifarişlə qəbul olunduğu dərhal aydın olur. Halbuki, Qərb ölkələrində insan hüquqları sahəsində mövcud problemlər, polis zorakılığı, jurnalistlərin müstəqil fəaliyyətinə qoyulan qadağalar geniş vüsət alıb və son vaxtlar həmin ölkələrdə bu sahələrdə ciddi problemlər yaşanmaqdadır. Belə halda ölkəmizlə bağlı qəbul edilən qərəzli qətnamələri müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, demokratik və yüksək beynəlxalq nüfuza malik Azərbaycana təzyiq vasitəsi kimi  dəyərləndirmək yerinə düşərdi. Beynəlxalq təşkilatlar tərəfindən ölkəmizə qarşı nümayiş etdirilən ikili standartları işğalçı Ermənistanla müqayisədə daha aydın sezmək mümkündür. Belə ki, Ermənistan parlamentində gülləboran baş verdiyi zaman susmağa üstünlük verən beynəlxalq təşkilatlar bu gün Azərbaycanda "problem" axtarışına çıxıblar.Yeri gəldi-gəlmədi ölkəmizi hədəf seçərək təzyiq altında saxlamağa cəhd edirlər. Elə son günlərdə iki ölkədə baş verən hadisələrə fərqli yanaşma dediklərimizi bir daha təsdiq etmiş olur. Diqqət yetirin, Azərbaycanda hansısa bloger konkret əməlinə gərə məsuliyyətə cəlb ediləndə Avropa Parlamenti haray- həşir qoparaq təcili qətnamə qəbul edir, işğalçı Ermənistanda aclıq edən jurnalist  dünyasını dəyişəndə isə heç nə olmamış kimi sükutla qarşılanır. Yerigəlmişkən xatırladaq ki, Yerevanın Nubaraşrn təcridxanasında saxlanılan Haynews.am sartının rəhbəti və Erməni qartalları: Vahid Ermənistan partiyasının sədr müavini Mqer Yeqiazaryan aclıq elan etməsi səbəbindən dünyasını dəyişib. Xatırladaq ki, M. Yeqiazaryan siyasi fəaliyyətimə görə, hakimiyyətin hədəfində olub bə qondarma ittihamlarla həbs edilib. O, ötən il dekabrın 5 də aclıq elan etmişdi. Bu zaman belə bir sual meydana çıxır, olmayan məsələyə görə Azərbaycanı hədəfə götütən və qətnamə çıxaran AP niyə Ermənistanda daha ağır hadisəyə niyə göz yumur?

Millət vəkili Fəzail İbrahimli bildirib ki, bir sıra beynəlxalq təşkilatlar, o cümlədən insan hüquqlarının müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatları zaman-zaman Azərbaycana qarşı ikili standartlarla çıxış ediblər. O baxımdan demək olar ki, həmin təşkilatların Ermənistanda aclıq edən jurnalistin dünyasını dəyişməsi məsələsinə susmaları təbii qarşılanmalıdır: "Bu hadisə aclıq edən bir jurnalistin ölümü ilə bağlıdır. Ermənistan parlamentində gülləboran oldu, Avropa Parlamenti hansı rəyi ortaya qoydu? Avropa Parlamenti bu gün Nikol Paşinyanın timsalında axtardıqlarını tapıblar. Paşinyan Ermənistanın yarısını yandırsa da Avropa ümid var ki, o, ölkəsini Rusiyanın əlindən alıb onlara verəcək. Bu baxımdan Ermənistanda yüzlərlə adam qırılsa da Avropa Parlamenti bunu heç vaxt gündəmə gətirməyəcək". Millət vəkili qeyd edib ki, istənilən məsələ ilə bağlı Avropa Parlamenti, eləcə də antiAzərbaycan mövqeyi tutan beynəlxalq təşkilatlar, onların təsiri altında olan qeyri-hökumət təşkilatları Azərbaycana qarşı ikili standartlar nümayiş etdirilər: "Çox təəssüf ki, Avropa Parlamenti kimi təşkilatlar Azərbaycanın haqq işinə heş vaxt ədalətli mövqe sərgiləməyiblər. Ona görə də Avropa Parlamentindən nə isə ummağımız əbəsdir. Şahidi olmuşuq ki, Azərbaycanda ən xırda məsələlərlə bağlı sebyektiv fikirlərə söykənən qərarlar qəbul edilib. Lakin Ermənistanda insan ölür, beynəlxalq təşkilatlardan isə reaksiya yoxdur. Bütün bunların hamısı xristian dünyasının məsələlərə yanaşmasının nəticəsidir ki, bu da təəssüb doğurmamalıdır. Ona görə də yalnız özümüzə güvənməliyik". F.İbrahimli onu da qeyd edib ki, Azərbaycanda baş verən hadisələrə standartları təkcə Avropa Parlameti deyil, eləcə də əksər beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətləri nümayiş etdirir. Odur ki, Azərbaycan öz haqq işinin müdafiəsinə qalxmalıdır: "Hesab edirəm ki, Azərbaycan bu məsələlərlə bağlı Avropa Parlamenti də daxil olmaqla bütün beynəlxalq təşkilatlara müraciət etməlidir. Bu müraciər parlament, vətəndaş cəmiyyətləri və hətta ayrı-ayrı fərdlər şəklində olmalıdır. Burada məqsəd beynəlxalq təşkilatların diqdətini Ermənistana cəlb etməklə yanaşı, Azərbaycana qarşı ikili standartların mövcudluğu qabartmaq olmalıdır. Bəyan etmək lazımdır ki, nədən Mehman Hüseynovun məsələsi ilə bağlı ardıcıl bəyanat verən Qərb siyasətçiləri, beynəlxalq təşkilatların nümayəndələri, beynəlxalq QHT- lər, xarici media Ermənistanla bağlı susurlar. Yalnız bu halda beynəlxalq təşkilatların diqqətini Ermənistənə yönəltmək olar".  

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31