Nikol Paşinyan: Moskva müttəfiqliyi yalnız inhisarçı formatda görür, biz isə alternativiləri seçirik –

Olaylar.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə Rusiya ilə münasibətlərə dair diqqətçəkən açıqlamalar verib. Paşinyanın sözlərinə görə, Moskva ikitərəfli əlaqələri ya yalnız "eksklyuziv" (inhisarçı) şərtlərlə qəbul edir, ya da ümumiyyətlə qəbul etmir, lakin İrəvan bu yanaşmanı rədd edərək həm iqtisadi, həm də siyasi sahədə alternativlər yaradır. O vurğulayıb ki, Ermənistan artıq Çin, Fransa, ABŞ, Böyük Britaniya və Niderland kimi ölkələrlə strateji tərəfdaşlıq sənədləri imzalayıb və bu, Rusiyanın narazılığına səbəb olur. 

Rusiya Prezidenti Vladimir Putinlə son telefon danışığına toxunan Paşinyan iqtisadi problemlərin müzakirə edildiyini bildirib. Kremlin məlumatına görə isə söhbət zamanı Ermənistanın AİƏB-də qalması və ya Aİ-yə üzvlüyü ilə bağlı ölkədə yaxın vaxtlarda ümumxalq referendumunun keçirilməsi zərurəti xüsusi qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31