"Dövlət iş qabiliyyətli əhalini risklərdən uzaq tutulmağa çalışır"

“Yaşadığımız dövrün ən böyük sosial, iqtisadi problemlərindən biri işsizlikdir. Bu problem bütün dünya ölkələrinə bu və ya digər dərəcədə öz təsirini göstərməkdədir. Dünyada elə bir ölkə yoxdur ki, işsizlik problemi ilə üzləşməsin. Qloballaşma əmək bazarlarına da təsir edərək, dövlətlərdən işsizliyin aradan qaldırılması yolunda düzgün strategiya qurmağı tələb edir”. Bu fikirləri politoloq Nəzakət Məmmədova deyib.

"Yaşadığımız dövrün ən böyük sosial, iqtisadi problemlərindən biri işsizlikdir. Bu problem bütün dünya ölkələrinə bu və ya digər dərəcədə öz təsirini göstərməkdədir. Dünyada elə bir ölkə yoxdur ki, işsizlik problemi ilə üzləşməsin. Qloballaşma əmək bazarlarına da təsir edərək, dövlətlərdən işsizliyin aradan qaldırılması yolunda düzgün strategiya qurmağı tələb edir". Bu fikirləri  politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, Amerikada son illərdə ali təhsili olmayan şəxslərin çoxu bir dəfə də olsun özünə iş tapıb işləyə bilməyib: "İşsizlərlə bərabər, işləyən yoxsulların sayı artıb. Varlı ölkələrin sakinləri bu baxımdan özlərini "yeni yoxsullar" adlandırır, qloballaşmanın qurbanları hesab edilirlər. İndiyədək onlar özlərini orta sinif təbəqəyə aid edirdilərsə, indi yeni yoxsul, işləyən kasıb sayırlar".

Politoloqun sözlərinə görə, "The Guardian" qəzetində bir məşhur İsrail filosofu yazır ki, 2100-ci ilədək bəşəriyyət iki təbəqəyə bölünəcək: fövqəlinsanlara və lazımsız insanlara: "Məsələn, milyonlarla hərbçi, mühəndis artıq lazımsız insanlara çevriləcək. Mühəndisin yerinə proqramlar, hərbçilərin yerinə isə yüksək texnologiyalarla silahlanmış peşəkar muzdlu ordu lazım olacaq. Artıq bəlkə də vətəndaşları orduya çağırmaq ehtiyacı belə qalmayacaq. Sıravi əsgərin saxlanılmasına xərclənən vəsaitlə dövlətlər peşəkar ordu saxlamağa üstünlük verəcək. Odur ki, ölkəmizə də təsir edən bəzi problemlərin kökündə məhz qloballaşmanın yaratdığı fəsadlar dayanır. Heç bir ölkə bundan sığortalanmayıb. Hətta bu proseslərin lideri olan dövlətlərin vətəndaşları belə bundan əziyyət çəkirsə. Tək çıxış yolu qlobal elitaların, beyin mərkəzlərinin dünyanı əvvəlki vəziyyətə qaytarması olardı".

Belə bir şəraitdə Azərbaycanda ölkə rəhbərliyi tərəfindən əhalinin sosial rifah halının yaxşılaşması üçün lazımi tədbirlərin görüldüyünü, iş qabiliyyəti olan əhalinin maksimum dərəcədə risklərdən uzaq tutulması istiqamətində səy göstərdiyini xüsusi vurğulayan N.Məmmədova söyləyib ki, Azərbaycan dövləti bir yandan müasir çağırışlara uyğun olaraq idarəetmənin çevikliyini və səmərəliliyini artırmaq üçün dövlət orqanlarının işinin təkmilləşdirilməsi məqsədilə struktur islahatları həyata keçirir, digər tərəfdən isə bu islahatlar nəticəsində əməkdaşların öz iş yerlərini itirməməsi, əmək bazarında vəziyyətin yaxşılaşmasına çalışır: "Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti bu baxımdan təqdirəlayiqdir. Mehriban xanım Əliyeva humanizm, insanpərvərlik prinsiplərini özünün əsas fəaliyyət prinsipinə və həyat kredosuna çevirib. Çoxsaylı amnistiya təşəbbüsləri, qaçqınlara və məcburi köçkünlərə dövlət qayğısı, maddi və qeyri-maddi mədəni irsimizin dünya miqyasında təbliği və nüfuzlu təşkilatların irsi siyahısına daxil edilməsi, mədəniyyətin və təhsilin inkişafının dövlətin və Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən birinə çevrilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqlara və gənclərə qayğı bilavasitə Mehriban xanımın fəaliyyətinin nəticəsidir".

Politoloq qeyd edib ki, ölkəmizin Birinci vitse-prezidenti ünvanlanan bütün müraciətlərə dərhal münasibət bildirir, köməyə ehtiyacı olan vətəndaşların hüquqlarının bərpasında onlara kömək etməklə bürokratik əngəl mexanizmlərini bir andaca dəf edir və insanların dövlətə, dövlət başçısına ona inamının daha da artmasına bilavasitə yardımçı olur: "Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri ilə görüşü Azərbaycanda vətəndaş amilinə göstərilən diqqətin digər bariz nümunəsidir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31