Gündəm

“Bu əxlaqsızlığa son qoyulmalıdır”

5 Fevral 2019 15:47

"Bir qrup şəxs sosial şəbəkələrdə Azərbaycan Prezidentinə qarşı əxlaqsızlıq nümayiş etdirir. Azərbaycan gücləndikcə, Prezident İlham Əliyevin müstəqil siyasəti dəstək qazandıqca bu hücumlar artır. Onlar bu işdə bizim marginallardan istifadə edirlər”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib: “Bu əxlaqsızlığa son qoyulmalıdır. Azərbaycana qarşı istənilən çirkin kampaniya iflasa məhkumdur. Çünki ulu öndər Heydər Əliyev bu dövləti yaradanda onun fundamentini çox möhkəm qoyub. Ona görə də həmin çirkin qüvvələr bilsinlər ki, bu dövləti sarsıda bilməzlər, Azərbaycan öz inkişaf yolu ilə daim irəli gedəcək”.

Deputat: "Bəzi dairələr Azərbaycanı yaxın Şərqin durumuna salmaq istəyirlər"

5 Fevral 2019 15:45

“Bəzi dairələr təxribatlar törədərək Azərbaycanı yaxın Şərq ölkələrinin durumuna salmaq istəyirlər”. “Olaylar” xəbər verir ki, bunu millət vəkili Aydın Mİrzəzadə deyib. Deputat bildirib ki, Prezident İlham Əliyevin müstəqil siyasətini, xalqına qayğısını həzm edə bilməyən qüvvələr bundan ötrü daxildəki aqressiv müxalifətdən istifadə edirlər: “Azərbaycan Prezidentinin xalqa xidməti göz önündədir. Dövlət başçısının aztəminatlı ailələr, məcburi köçkünlər, şəhid ailələri, gənclərə göstərdiyi diqqəti hər kəs görür. Bu, cənab İlham Əliyevin yüksək mənəvi dəyərlərə sahib olmasından xəbər verir. Bütün bunları görə-görə dövlət başçısını necə təhqir edə bilərlər. Deməli, bu, məkrli planların tərkib hissələridir”.

“Qoyya” birpərdəli baleti təqdim edildi

5 Fevral 2019 15:14

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında yeni səhnə əsərlərindən sayılan dahi Azərbaycan bəstəkarı Qara Qarayev və Əməkdar incəsənət xadimi bəstəkar Fərəc Qarayevin musiqisi əsasında səhnələşdirilən “Qoyya” birpərdəli baleti növbəti dəfə teatrsevərlərə təqdim edilib. Olaylar.az bildirir ki, səhnə əsərində əsas rolları sənət ocağının aparıcı solistləri Cəmilə Kərimova, Timur Oduşev, Makar Ferştandt və Samirə Məmmədova ifa ediblər. Xronometrajı 40 dəqiqə olan opera Əməkdar artist, Dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunub. Aktyorların məharətli çıxışı baleti daha baxımlı edib, səhnə əsərləri maraqla qarşılanıb.

ASAN Könüllülərin təqdimatında İmişlidə “Olmadı elə, oldu belə” tamaşası

5 Fevral 2019 15:11

 “Gəncliyin səsi” festivalı çərçivəsində ASAN Könüllülərin təqdimatında İmişlidə “Olmadı elə, oldu belə” tamaşası nümayiş etdirilib. Olaylar.az bildirir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “Gəncliyin səsi” festivalı çərçivəsində tədbirlər davam edir.

Xaosçulara yerlərini göstərmək lazımdır

5 Fevral 2019 15:04

Arzuman Abdulkərimov: “Bunun üçün dövləti və dövlətçiliyi və eyni zamanda iqtidarı dəstəkləyən siyasi partiya, gənclər təşkilatları, vətəndaş cəmiyyəti nümayəndələrinin birgə mitinqini təşkil etnək lazımdır”

Mədəniyyət işçilərinin peşə hazırlığında yenilik

5 Fevral 2019 15:01

Mədəniyyət müəssisələrində çalışan əməkdaşlarda peşə səriştəsinin formalaşdırılması məqsədilə yeni tədris modulları əsasında ixtisasartırma kursları təşkil olunacaq. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən keçiriləcək təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük veriləcək. Olaylar.az bildirir ki, beynəlxalq təcrübəyə əsaslanacaq təlimlərdə müasir peşə təfəkkürü və kreativ səriştələrin mədəniyyət işçiləri tərəfindən mənimsənilməsi məsələləri prioritet hesab olunacaq. Belə ki, nəzəri xarakter daşıyan materiallar dinləyicilərə kurslardan öncə təqdim olunacaq, tədris zamanı empirik biliklərə üstünlük veriləcək.

Ermənistan danışıqlar prosesini pozmaqla məşğuldur

5 Fevral 2019 14:32

Dağlıq Qarabağ probleminin həlli istiqamətində diplomatik fəallıq artdığı, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən iki ölkənin xarici işlər nazirləri və liderləri səviyyəsində növbəti görüşün vaxtının müəyyən edilməsinə yönəlik cəhdlərin edildiyi bir ərəfədə rəsmi İrəvan yenə də qeyri-konstruktiv təkliflər, danışıqlar prosesinə mane olmağa yönəlik addımlar atmaqla məşğuldur. Ən son Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Davosda keçirilən görüşdən qısa bir müddət sonra inqilabçı baş nazirin verdiyi sərsəm açıqlamalar da belə deməyə əsas verir ki, işğalçı Ermənistan hələ də sülh prosesinə hazır deyil və İrəvandan verilən təxribatçı açıqlamalar münaqişənin gərginləşməsinə, Qarabağda hərbi əməliyyatların yenidən bərpa olunmasına yol açır. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Ermənistan rəhbərliyi Qarabağ danışıqlarında öz sələfilərinin siyasətini davam etdirmək istiqamətində iş aparır. Politoloqun sözlərinə görə, bu ölkənin xarici işlər naziri Z. Mnatsakanyan parlamentə dəvət olunaraq danışıqlar barədə sorğu verməlidir: “O, parlamentdə heç bir ərazi güzəştindən söhbət getmədiyini, Qarabağın "müstəqilliyini" önə çəkməklə, bir növ Sarkisyanın siyasətini xalqa bəyan edəcək. Bu, o deməkdir ki, Ermənistanın inkişafını bizdən gözləməyin”.

Erməni lobbisi bütün gücünü Azərbaycana qarşı səfərbər edib

5 Fevral 2019 14:29

Məqsəd rəsmi Bakı ilə qonşuları arasında gərginlik yaratmaqdır Erməni lobbisi bütün imkanlarını yenə Azərbaycana qarşı səfərbər edib. Məqsəd Azərbaycanla onun qonşuları arasında ciddi şəkildə gərginlik yaratmaqdır. Həm Rusiya, həm Gürcüstan, hətta Türkiyə istiqamətində belə erməni lobbisi bu kimi cəhdlərdədir. Azərbaycana qarşı başlanılan bu kampaniyada isə erməni lobbisinə adları çəkilən ölkələrdə fəaliyyət göstərən və erməni maraqlarına xidmət edən siyasilər aktiv yer alırlar. Gürcüstanda Azərbaycanın ərazilərinin işğalında iştirak etmiş erməni terrorçuya abidənin ucaldılması, Türkiyədə erməni televiziyasının açılmasına yönəlik cəhdlər, Rusiyada soydaşımız, tanınmış nefçi Fərman Salmanov barədə bəzi siyasilərin səsləndirdiyi təhqiramiz ifadələr məhz yuxarıda qeyd etdiyimiz məqsədlərə xidmət edir.