Gündəm
"Messenger”da göndərilən mesajları silə biləcəyik
“Facebook” sosial şəbəkəsi fevralın 5-dən etibarən “Facebook Messenger”də məlumatları göndərdikdən sonra onları 10 dəqiqə ərzində silməyə imkan verən yeni funksiya istifadəyə verib. Bu barədə messencerin pres-relizində deyilir. Məlumata görə, funksiya vasitəsilə “Messenger”də həm bir nəfərə, həm də qrupa göndərilən məlumatı ləğv etmək mümkün olacaq. Bunun üçün ekranda məlumatın üzərinə basmaq və “hamı üçün silmək” və ya “özün üçün silmək” funksiyalarından birini seçmək tələb olunur. Bununla yanaşı, birinci funksiya seçilən zaman bütün çat iştirakçılarına silinmiş məlumat barədə bildiriş göndəriləcək.
Əməkdar artist Çinarə Əlizadə Polşa teatrında çıxış edib
Varşava Böyük Teatrı və Milli Operasında (Teatr Wielki – Opera Narodowa) Aleksandr Dümanın “Kameliyalı qadın” adlı romanı və görkəmli polyak bəstəkarı F.Şopenin musiqisi əsasında hazırlanmış balet nümayiş edilib.
İnfarkt riskini artıran məhsullar - Kolbasa, şokolad...
Türkiyəli professor, ürək və damar cərrahı Barış Çaynak infarkta səbəb olan qidaları açıqlayıb. Həkimimin sözlərinə görə, doymuş yağ ehtiva edən yeməklər qaraciyərin yağlanmasına və xolesterinin artmasına gətirib çıxarır.
"Oskar" bu dəfə fərqli təqdim ediləcək
Fevralın 24-də baş tutacaq "Oskar" mükafatının təqdimetmə mərasimi aparıcısız keçiriləcək. Bunu ABC telekanalının əyləncəli verilişlər departamentinin direktoru ABC Keri Berk deyib. Onun sözlərinə görə, prodüserlər qərara gəliblər ki, mükafatları dəvət olunmuş məşhurlar təqdim etsin. Keri Berk bildirib ki, bu ideya həm Amerika Kinoakademiyası, həm də mərasimin yayımlanacağı telekanal tərəfindən dəstəklənib.
Zəlzələdən qorxan Xuraman maşında yatıb
Ötən gün baş verən zəlzələ bir çox insan kimi məşhurları da qorxudub. Onlardan biri də müğənni Xuraman Şuşalı olub.
Azərbaycanlı aparıcı ata oldu – Foto
Qara Qarayev Fəxri xiyabanda anıldı
Görkəmli Azərbaycan bəstəkarı, Dövlət mükafatı laureatı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin xatirəsi Fəxri xiyabanda yad olunub. Tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri və sənətkarın ailə üzvləri tərəfindən məzarı önünə tər güllər düzülüb.
2022-ci ildə qlobal İKT xərcləri 4,6 trilyon dollar təşkil edəcək
“IDC”nin analitikləri xəbərdarlıq edirlər ki, növbəti 5 il informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üçün asan olmayacaq. Tədqiqat şirkətinin qiymətləndirməsinə görə, 2022-ci ilədək avadanlıq, proqram təminatı, xidmət və rabitə sahəsi üzrə qlobal İKT xərcləri orta hesabla 4% yüksələrək 4,6 trilyon dollar təşkil edəcək. Proqnozlaşdırılan məbləğin 2.9 trilyon dolları kommersiya müştərilərinin payına düşəcək, istehlak xərcləri isə 1,7 trilyon dollar təşkil edəcək.
Zəlzələ Şamaxınınn 14 kəndinə ziyan vurub
Hazırda zəlzələ nəticəsində ziyan dəymiş evlərin sayı müəyyən edilir. Bu sözləri Şamaxı Rayon İcra hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova deyib. G.Ələkbərova zəlzələ nəticəsində rayonunun 14 kəndində evlərə ziyan dəyib, dağıntılar var:
Afətlə Sevda arasında qalmaqal: "Sinəsini, qarnını açıb..."
Müğənn Sevda Sanəliyeva ilə Afət Fərmanqızı arasında qalmaqal yaşanıb. Sevda "Nəsimi" filmindən fraqment paylaşaraq İmaməddin Nəsiminin şeirinə mahnı oxuyan Afəti tənqid edib. "Tariximizə sahib çıxaq və hörmətlə yanaşaq. Düşmənlərimizi özümüzə güldürməyək. Bu biabırçılığı oxuyan, mənə burada yazıb, tez "bloka" niyə atırsan. Bundan betər günə qoya bilməzdi insan özünü məncə" sözləri Fərmanqızını özündən çıxarıb.
Gənc yazarlarla görüş
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Gəncliyin səsi” festivalı çərçivəsində bir neçə gənc yazarla görüş keçirilib. Olaylar.az bildirir ki, Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyev festival barədə ətraflı məlumat verərək ənənəvi olaraq festival günlərində yaradıcı gənclərin iştirakı ilə müxtəlif konsertlər, görüşlər və sərgilərin təşkil olunduğunu bildirib.












.jpg)
.jpg)
.jpg)