Gündəm

Ermənistanda əsgər ölümləri artır

6 Fevral 2019 13:39

Ermənistanda daxili siyasi vəziyyət getdikcə ağırlaşır. Aprel inqilabından sonra hakimiyyəti güc yolu ilə zəbt edən Nikol Paşinyanın idarəçilik qabiliyyətinin zəif olması, ötən müddət ərzində ölkənin heç bir istiqamətdə bir addım da olsa irəli getməməsi inqilabçı baş nazirə qarşı etirazları artırıb. İqtisadi problemlərlə yanaşı diplomatik sahədə üzləşilən uğursuzluq İrəvan üçün sözün həqiqi mənasında ciddi problemlərə yol açıb. Bütün bunların üzərinə orduda yeni-yeni problemlərin də meydana gəlməsini də əlavə etsək Paşinyanın çox ciddi sınaq qarşısında qaldığını deyə bilərik. Məsələ orasındadır ki, son vaxtlar Ermənistan ordusunda ölüm hallarının sayında ciddi şəkildə artım müşahidə edilib.

Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi dövlətin diqqət mərkəzindədir

6 Fevral 2019 13:28

Xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara diqqət dövlət başçısının həyata keçirdiyi siyasi kursun tərkib hissəsidir

Gənclər ölkənin ictimai-siyasi həyatında aktiv rol oynayırlar

6 Fevral 2019 13:24

Rövşən Qasımov: “Azərbaycan gəncliyi dövlət başçısının iqtisadi-siyasi fəaliyyətini birmənalı dəstəkləyir”

"Paşinyan ordu komandanlığına gizli tapşırıq verib"

6 Fevral 2019 13:12

“Helsinki Vətəndaş Assambleyasının Ermənistan bürosu maraqlı statistika açıqlayıb. Onların araşdırmasına görə, 2018-ci il Azərbaycanla Ermənistan arasındakı təmas xəttində son 5 ildə ən sakit il olub. Yenə onların hesabatına görə 130 gündür cəbhə bölgəsində Ermənistan ordusunun bir itkisi belə yoxdur və bu sakitlik hələ də davam edir”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

Alim və tədqiqatçılar üçün MÜSABİQƏ

6 Fevral 2019 12:36

Olaylar.az bildirir ki, "İçərişəhər" Dövlət Tarixi - Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Abşeronun tarixi və mədəni irsində Qala kəndinin rolu" adlı müsabiqə elan edir.