Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək
6 Fevral 2019 13:19 SiyasətÖzbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək.
Səfərin dəqiq tarixi açıqlanmasa da, yaxın vaxtlarda baş tutacağı bildirilir.
Qeyd olunur ki, qarşıdakı səfər haqqında məlumatı bu ölkədə səfərdə olan Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev də təsdiq edib. Ş.Mustafayevin səfərlə bağlı məsələləri Özbəkistan Baş nazirinin müavini Elyor Qaniyevlə müzakirə etdiyi deyilir.
Görüşdə E.Qaniyeb deyib ki, Özbəkistan tərəfi Azərbaycanla iqtisadi münasibətlərin daha da yaxşılaşacağına ümid edir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31