Ermənistanda əsgər ölümləri artır
Ermənistanda daxili siyasi vəziyyət getdikcə ağırlaşır. Aprel inqilabından sonra hakimiyyəti güc yolu ilə zəbt edən Nikol Paşinyanın idarəçilik qabiliyyətinin zəif olması, ötən müddət ərzində ölkənin heç bir istiqamətdə bir addım da olsa irəli getməməsi inqilabçı baş nazirə qarşı etirazları artırıb. İqtisadi problemlərlə yanaşı diplomatik sahədə üzləşilən uğursuzluq İrəvan üçün sözün həqiqi mənasında ciddi problemlərə yol açıb. Bütün bunların üzərinə orduda yeni-yeni problemlərin də meydana gəlməsini də əlavə etsək Paşinyanın çox ciddi sınaq qarşısında qaldığını deyə bilərik. Məsələ orasındadır ki, son vaxtlar Ermənistan ordusunda ölüm hallarının sayında ciddi şəkildə artım müşahidə edilib.
6 Fevral 2019 13:39 SiyasətErmənistanda daxili siyasi vəziyyət getdikcə ağırlaşır. Aprel inqilabından sonra hakimiyyəti güc yolu ilə zəbt edən Nikol Paşinyanın idarəçilik qabiliyyətinin zəif olması, ötən müddət ərzində ölkənin heç bir istiqamətdə bir addım da olsa irəli getməməsi inqilabçı baş nazirə qarşı etirazları artırıb. İqtisadi problemlərlə yanaşı diplomatik sahədə üzləşilən uğursuzluq İrəvan üçün sözün həqiqi mənasında ciddi problemlərə yol açıb. Bütün bunların üzərinə orduda yeni-yeni problemlərin də meydana gəlməsini də əlavə etsək Paşinyanın çox ciddi sınaq qarşısında qaldığını deyə bilərik. Məsələ orasındadır ki, son vaxtlar Ermənistan ordusunda ölüm hallarının sayında ciddi şəkildə artım müşahidə edilib. Baxmayaraq ki, 2016-cı ilin aprelindən sonra Qarabağ cəbhəsində heç bir genişmiqyaslı hərbi əməliyyat, qoşunların qarşıdurması hadisəsi baş verməyib, ancaq buna baxmayaraq işğalçı ölkədə əsgər ölümlərinin sayında artım qeydə alınıb. Bu fakt isə öz-özlüyündə əsgər analarının Paşinyan hakimiyyətinə qarşı etirazları artırıb. Düzdür, rəsmi rəqəmlərdə Ermənistandakı əsgər ölümlərinin sayı mümkün qədər az göstərilməyə çalışılsa, ölüm halları ört-basdır edilməyə cəhd göstərilsə də, lakin bir sıra beynəlxalq təşkilatların apardığı araşdırmalar bunun əksini söyləyir. Bu günlərdə Helsinki Vətəndaş Assambleyasının Ermənistan bürosu işğalçı ölkədəki əsgər ölümləri ilə bağlı açıqladığı statistik göstəricilər də deyilənləri təsdiqləyir. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Vətəndaş Assambleyasının Ermənistan bürosu maraqlı statistika açıqlayıb: "Onların araşdırmasına görə, 2018-ci il Azərbaycanla Ermənistan arasındakı təmas xəttində son 5 ildə ən sakit il olub. Yenə onların hesabatına görə 130 gündür cəbhə bölgəsində Ermənistan ordusunun bir itkisi belə yoxdur və bu sakitlik hələ də davam edir. Buna baxmayaraq, Helsinki Vətəndaş Assambleyasının Ermənistan bürosunun hesabatına görə Ermənistan ordusunda qeyri-döyüş itkiləri artır. 2018-ci ildə 17 erməni hərbçi yol qəzalarında həlak olub, 13 nəfər xəstəliklərdən ölüb, 11 nəfər isə özünü öldürüb". Elxan Şahinoğlunun sözlərinə görə, Vətəndaş Assambleyasının Ermənistan bürosunun hesabatından bir neçə nəticəyə gəlmək olar: "Bu hesabatdan gəlinən iki nəticə var. Birinci nəticə odur ki, həqiqətən cəbhə bölgəsində nisbi sakitlik hökm sürür. Çünki, son aylarda bizim televiziya kanalları da xəbərlərə cəbhə bölgəsindəki atəşkəsin intensiv pozulması məlumatları ilə başlamırlar. Görünür, Ermənistanın baş naziri Nikol Paşinyan ordu komandanlığına gizli tapşırıq verib ki, ordu təxribatdan çəkinsin, atəşkəsə riayət etsin. Məsələn son aylarda işğal altındakı torpaqlarda hərbi təlimlərdən xəbər yoxdur. Əvəllər belə təxribatlara çox rast gəlirdik". Elxan Şahinoğlu hesab edir ki, ancaq sakitliyin və sükutun uzun müddət çəkəcəyini söyləmək çətindir. "Çünki, "Qarabağ klanı" əlindəki imkanlardan istifadə edərək hər an təmas xəttində təxribat planlaşdıra bilər. Azərbaycan ordusunun cavabı özünü çox gözlətməyəcək. Bu isə Nikol Paşinyanın mövqelərini zəiflədəcək. "Qarabağ klanına" da elə bu lazımdır".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, hesabatdan gəlinən ikinci nəticə budur ki, Ermənistan ordusundakı hərbçilər müharibəsiz də bir-birini qırmaqda davam edir: "2018-ci ildə ümumilikdə 41 hərbçi müxtəlif səbəblərdən ölüb. Bu hələ Helsinkin Vətəndaş Assambelyasına məlum olan rəqəmlərdir. Ermənistanda ordunu təhciz etmək İrəvana başa başa gəlir. Üstəgəl də qeyri-döyüş itkiləri azalmır. Ancaq bütün bunlar bizi arxayın salmamalıdır. Bəli, hələ ki, atəşkəsə riayət edirik. Ancaq Paşinyan yaxın aylarda münaqişənin həllində addım atmasa atəşkəsə riayət etməyin anlamı qalmayacaq".
Göründüyü kimi, inqilabçı baş nazir Nikol Paşinyan büyün istiqamətlərdən ciddi problemlərlə qarşılaşır. Ölkədəki sosial durumun getdikcə ağırlaşması işğalçı ölkədə yeni inqilab dalğasının olacağından xəbər verir. Elə Paşinyanın da ehtiyat etdiyi məhz budur. İnqilabçı baş nazir hakimiyyətə gəldiyi kimi hakimiyyətdən uzaqlaşdırılacağından ehtiyat edir.
Süleyman