İrakli Kupradze: "İvanişvili və Gürcüstanın Aİ-yə daxil olması bir-biri ilə uzlaşmır" – ÖZƏL
13:36 SiyasətOlaylar.az xəbər verir ki, "Lelo - Güclü Gürcüstan" birliyinin liderlərindən biri İrakli Kupradze Parlament sədri Şalva Papuaşvilinin Aİ üzvlüyü ilə bağlı açıqlamasını sərt tənqid edib. Kupradze bildirib ki, Bidzina İvanişvili və onun komandası Gürcüstanı Avropa orbitindən uzaqlaşdırmaq və Rusiyanın tapşırıqlarını yerinə yetirmək məqsədi güdür. Onun sözlərinə görə, İvanişvilinin avtoritarizmi Aİ-nin demokratik dəyərlərinə ziddir və o, cəmiyyətin antiavropa qərarlarına reaksiyasını yoxlamaq üçün bu cür bəyanatlardan istifadə edir.
Müxalifətçi lider Şalva Papuaşvilinin Gürcüstanın Aİ-yə daxil olmamasının mümkünlüyü barədə fikirlərini ölkə Konstitusiyasına zidd adlandırıb və hakimiyyətin bu siyasətlə vətəndaşları yüksək pensiya, təhsil və səhiyyə imkanlarından məhrum etdiyini vurğulayıb.