Almaniyada 5 Ermənistan vətəndaşı ölü tapıldı

Almaniyanın Kel şəhərində erməni ailəsinin beş üzvünün meyiti tapılıb.

Bu barədə "News.Am" məlumat yayıb.

Məlumata görə, hadisə yerli məktəbin göndərdiyi sorğudan sonra üzə çıxıb. Belə ki, məktəb rəhbərliyi həmin ailədən olan şagirdlərin dərsə gəlməmələrindən narahat olublar. Ünvana gedən polis əməkdaşları ailənin beş üzvünü, o cümlədən üç uşağı ölü vəziyyətdə aşkar ediblər. Daha iki uşaq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Ölümün ilkin səbəbi qaz sızması göstərilir.

Hadisə ilə bağlı araşdırma başlanılıb. Qaz sızmasının təsadüfən baş verdiyi, yoxsa qəsdən törədildiyi araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00