Həbsdə olan Armen Aşotyan müxalifətə hakimiyyətlə mübarizə üçün 6 addımlıq plan təklif edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan saxlanıldığı təcridxanadan müxalifətə müraciət edərək, Avqustun 2-də işə başlayacaq IX çağırış Milli Məclisdə hakimiyyətə qarşı effektiv mübarizə aparmaq üçün 6 mərhələli fəaliyyət planı təqdim edib. 

Aşotyan müxalifəti radikal qarşıdurmadan məzmunlu alternativlər təklif etməyə, "alternativ hökumət" formalaşdırmağa və parlament komissiyalarının bölgüsündə strateji vacib sahələrə (hüquq, maliyyə, xarici əlaqələr) üstünlük verməyə çağırıb. O, eyni zamanda media strategiyasına yenidən baxılmasını, parlamentdə "Qarabağ" deputat təşəbbüsünün yaradılmasını və 64-ə qarşı 41 mandata malik müxalifət fraksiyalarının hakim partiyanın təzyiqlərinə qarşı vahid cəbhədən müqavimət göstərməsini vacib sayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31