Zəlzələ Şamaxınınn 14 kəndinə ziyan vurub

Hazırda zəlzələ nəticəsində ziyan dəymiş evlərin sayı müəyyən edilir. Bu sözləri Şamaxı Rayon İcra hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova deyib. G.Ələkbərova zəlzələ nəticəsində rayonunun 14 kəndində evlərə ziyan dəyib, dağıntılar var:

Hazırda zəlzələ nəticəsində ziyan dəymiş evlərin sayı müəyyən edilir. Bu sözləri Şamaxı Rayon İcra hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova deyib.

G.Ələkbərova zəlzələ nəticəsində rayonunun 14 kəndində evlərə ziyan dəyib, dağıntılar var:

"Fövqəladə hallar naziri Kəmaləddin Heydərov hazırda rayondadır. Kəmaləddin Heydərov İcra başçısı Tahir Məmmədovla hadisə yerinə baxış keçirir. Zəlzələ nəticəsində insan tələfatı olmayıb".

G.Ələkbərova bildirib ki, yaradılmış komissiya dağıntı olan və ziyan çəkən evlərin sayını müəyyənləşdirir".

Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31