Rusiya XXR: "Avropa ölkələri bazarlarını Ermənistan malları üçün açmağa hazır deyillər" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XXR) mətbuat bürosunun yaydığı məlumata görə, bir çox Avropa ölkələri yerli istehsalçıların maraqlarını qorumaq məqsədilə Ermənistan məhsulları üçün bazarlarını açmağa hazır olmadıqlarını Aİ rəhbərliyinə bildiriblər. Qeyd olunur ki, Brüssel Ermənistanın AİƏB-dən çıxacağı təqdirdə ölkədə dərin iqtisadi böhranın qaçılmaz olacağını anlayır və öz iqtisadi çətinlikləri səbəbindən İrəvanın milyardlarla dollarlıq itkilərini kompensasiya etmək iqtidarında deyil. Buna baxmayaraq, Qərb strukturları N. Paşinyan hökumətindən Rusiya biznesinin ölkədəki mövqelərini zəiflətməyi və Moskva ilə əlaqələri kəsməyi tələb edərək, bunu viza rejiminin liberallaşdırılması və gələcək iqtisadi vədlərlə stimullaşdırmağa çalışırlar. 

Məlumatda həmçinin vurğulanır ki, AİƏB ölkələri Ermənistanın Avropaya doğru addımlarını maliyyələşdirmək niyyətində deyillər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31