Ermənistan danışıqlar prosesini pozmaqla məşğuldur

Dağlıq Qarabağ probleminin həlli istiqamətində diplomatik fəallıq artdığı, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən iki ölkənin xarici işlər nazirləri və liderləri səviyyəsində növbəti görüşün vaxtının müəyyən edilməsinə yönəlik cəhdlərin edildiyi bir ərəfədə rəsmi İrəvan yenə də qeyri-konstruktiv təkliflər, danışıqlar prosesinə mane olmağa yönəlik addımlar atmaqla məşğuldur. Ən son Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Davosda keçirilən görüşdən qısa bir müddət sonra inqilabçı baş nazirin verdiyi sərsəm açıqlamalar da belə deməyə əsas verir ki, işğalçı Ermənistan hələ də sülh prosesinə hazır deyil və İrəvandan verilən təxribatçı açıqlamalar münaqişənin gərginləşməsinə, Qarabağda hərbi əməliyyatların yenidən bərpa olunmasına yol açır. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Ermənistan rəhbərliyi Qarabağ danışıqlarında öz sələfilərinin siyasətini davam etdirmək istiqamətində iş aparır. Politoloqun sözlərinə görə, bu ölkənin xarici işlər naziri Z. Mnatsakanyan parlamentə dəvət olunaraq danışıqlar barədə sorğu verməlidir: “O, parlamentdə heç bir ərazi güzəştindən söhbət getmədiyini, Qarabağın "müstəqilliyini" önə çəkməklə, bir növ Sarkisyanın siyasətini xalqa bəyan edəcək. Bu, o deməkdir ki, Ermənistanın inkişafını bizdən gözləməyin”.

Dağlıq Qarabağ probleminin həlli istiqamətində diplomatik fəallıq artdığı, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən iki ölkənin xarici işlər nazirləri və liderləri səviyyəsində növbəti görüşün vaxtının müəyyən edilməsinə yönəlik cəhdlərin edildiyi bir ərəfədə rəsmi İrəvan yenə də qeyri-konstruktiv təkliflər, danışıqlar prosesinə mane olmağa yönəlik addımlar atmaqla məşğuldur. Ən son Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Davosda keçirilən görüşdən qısa bir müddət sonra inqilabçı baş nazirin verdiyi sərsəm açıqlamalar da belə deməyə əsas verir ki, işğalçı Ermənistan hələ də sülh prosesinə hazır deyil və İrəvandan verilən təxribatçı açıqlamalar münaqişənin gərginləşməsinə, Qarabağda hərbi əməliyyatların yenidən bərpa olunmasına yol açır. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Ermənistan rəhbərliyi Qarabağ danışıqlarında öz sələfilərinin siyasətini davam etdirmək istiqamətində iş aparır. Politoloqun sözlərinə görə, bu ölkənin xarici işlər naziri Z. Mnatsakanyan parlamentə dəvət olunaraq danışıqlar barədə sorğu verməlidir: "O, parlamentdə heç bir ərazi güzəştindən söhbət getmədiyini, Qarabağın "müstəqilliyini" önə çəkməklə, bir növ Sarkisyanın siyasətini xalqa bəyan edəcək. Bu, o deməkdir ki, Ermənistanın inkişafını bizdən gözləməyin".

Məhəmməd Əsədullazadə bildirib ki, Nikol Paşinyanın Qarabağ klanı və ordudakı generallardan çəkinərək Azərbaycanla razılaşdığı şərtlər üzrə danışıqlardan çəkinməsi mümkün görünür: "O, danışıqlar prosesində heç bir ərazinin qaytarılmayacağını qeyd etməklə, imitasiya siyasətini biruzə verir. Paşinyan hakimiyyəti Birləşmiş Ştatların vasitəçiliyindən imtina edib, Moskvanın münaqişənin həlli barədə şərtlərini qəbul edərsə, Vaşinqtonun tam dəstəyindən məhrum olacaq. Qeyd edim ki, xalqların sülhə hazırlanması kimi absurd siyasətin ortaya atılması Minsk qrupunun nəticəsi bəlli olmayan siyasətidir. Bu arada qeyd edim ki, Qarabağın Azərbaycan icmasının erməni icması ilə mümkün dialoqu perspektivsiz və həll yolu deyil. Bu konflikt Ermənistanın Azərbaycana qarşı işğal və anneksiya siyasətidir. 
Erməni icması birbaşa Yerevanın diktəsi ilə hərəkət edir və burada icmaların dialoqu siyasi həll yolu deyil. İlk növbədə Ermənistan işğal etdiyi yeddi rayonu boşaltmayınca icmalar arası dialoq və sülhə hazırlamaq kimi siyasət manipulyasiya konfiliktin həllində müsbət effekti olmayacaq". Müstəqil eksperty Rövşən Məmmədli də deyib ki, Ermənistan Rusiyanın birbaşa dəstəyi və hətta iştirakı ilə Azərbaycanın 20 faiz ərazisini işğal edib: "26 ildir də yalançı sülh danışıqları adı ilə bu işğalı davam etdirərək Dağlıq Qarabağı ələ keçirməyə çalışır. Beynəlxalq hüquq Ermənistanın bu istəyini rədd edir. Odur ki, Ermənistanın işğalşı qoşunları danışıqsız, şərtsiz ərazilərimizdən çıxmalıdır". Ekspert deyib ki, artıq xalq boğaza yığılıb və belə davam edə bilməz: "Qarabağ dərhal azad edilməli, o yerlərin aboregen sakinləri olan azərbaycanlılar öz tarixi yurd yuvalarına qaytarılmalıdır. Məhz Azərbaycanın qətiyyətli hərəkətlərini görəndə erməni xalqı ayılacaq və İrəvana doluşmuş daşnak tör-töküntülərini sülhə məcbur edəcəklər. Sülh sonucu kimi Ermənistan birmənalı olaraq Azərbaycanı Dağlıq Qarabağda daxil olmaqla bir dövlət kimi tanımalı, ərazi bütövlüyünə hörmətini təsdiqləməli və Azərbaycanın daxili işlərinə bir daha qarışmayacağını rəsmi olaraq öhdəlik kimi üzərinə götürməlidir. Bundan sonra Azərbaycan ərazisində qalıb yaşamaq istəyən ermənilərə dövlətimiz mədəni muxtariyyət verməli, yerli özünüidarəçilik hüquqularını təmin etməlidir". Rövşən Məmmədli bildirib ki, ermənilərə ölkəmizdə ərazi muxtariyyəti verməkdən söhbət belə gedə bilməz: "Çünki, belə olarsa gələcəkdə ermənilərin yenidən başlarının xarab olmayacağına etibar yoxdur. Azərbaycan hakimiyyəti rəsmi olaraq dərhal beynəlxalq aləmə bəyanat yaymalıdır ki, Azərbaycanda yaşamaq istəyən ermənilərin təhlükəsiziliyini tamamilə təmin ediləcək, onların mədəni muxtariyyətləri təmin olunacaq. Ermənistana isə ultimatum verilməlidir ki, öz qoşunlarını danışıqsız.şərtsiz dərhal Azərbaycan dövlətinin beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərindən 48 saat ərzində çıxarsın. Əks təqdirdə Azərbaycan ordusu erməni işğalçı qoşunlarını ərazilərimizdən təmizləmək əmrini alacaq.Əgər Ermənistan bu ultimatuma əməl etməsə, o rəşadətli ordumuza irəli əmri tərəddüd edilmədən verilməlidir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31