Erməni lobbisi bütün gücünü Azərbaycana qarşı səfərbər edib

Məqsəd rəsmi Bakı ilə qonşuları arasında gərginlik yaratmaqdır Erməni lobbisi bütün imkanlarını yenə Azərbaycana qarşı səfərbər edib. Məqsəd Azərbaycanla onun qonşuları arasında ciddi şəkildə gərginlik yaratmaqdır. Həm Rusiya, həm Gürcüstan, hətta Türkiyə istiqamətində belə erməni lobbisi bu kimi cəhdlərdədir. Azərbaycana qarşı başlanılan bu kampaniyada isə erməni lobbisinə adları çəkilən ölkələrdə fəaliyyət göstərən və erməni maraqlarına xidmət edən siyasilər aktiv yer alırlar. Gürcüstanda Azərbaycanın ərazilərinin işğalında iştirak etmiş erməni terrorçuya abidənin ucaldılması, Türkiyədə erməni televiziyasının açılmasına yönəlik cəhdlər, Rusiyada soydaşımız, tanınmış nefçi Fərman Salmanov barədə bəzi siyasilərin səsləndirdiyi təhqiramiz ifadələr məhz yuxarıda qeyd etdiyimiz məqsədlərə xidmət edir.

Məqsəd rəsmi Bakı ilə qonşuları arasında gərginlik yaratmaqdır

Erməni lobbisi bütün imkanlarını yenə Azərbaycana qarşı səfərbər edib. Məqsəd Azərbaycanla onun qonşuları arasında ciddi şəkildə gərginlik yaratmaqdır. Həm Rusiya, həm Gürcüstan, hətta Türkiyə istiqamətində belə erməni lobbisi bu kimi cəhdlərdədir. Azərbaycana qarşı başlanılan bu kampaniyada isə erməni lobbisinə adları çəkilən ölkələrdə fəaliyyət göstərən və erməni maraqlarına xidmət edən siyasilər aktiv yer alırlar. Gürcüstanda Azərbaycanın ərazilərinin işğalında iştirak etmiş erməni terrorçuya abidənin ucaldılması, Türkiyədə erməni televiziyasının açılmasına yönəlik cəhdlər, Rusiyada soydaşımız, tanınmış nefçi Fərman Salmanov barədə bəzi siyasilərin səsləndirdiyi təhqiramiz ifadələr məhz yuxarıda qeyd etdiyimiz məqsədlərə xidmət edir.

Azərbaycana qarşı başlanan bu kampaniyanı kəskin şəkildə pisləyən ekspertlər hesab edirlər ki, bu kimi hallara qarşı adekvat addımlar atılmalıdır. Rusiya Federasiyasında neftçi Fərman Salmanov barədə işlədilən təhqiredici ifadələrə münasibət bildirən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay deyib ki,  Rusiya Federasiya Şurasını tarixində biabırçılıq baş verib. Onun sözlərinə görə, Tuva (Qərbi Sibir) Respublikasından senator Lyudmila Narusova həyasızcasına həm Fərman Salmanovu, həm hava limanına Fərman Salmanovun adı verilmiş Surqut saknlərini, həm də Azərbaycan xalqını təhqir edib: "Televerilişdə çıxışında beləcə də sayıqlayıb: "Sibirdə hansısa bir şəhər var-məncə Surqutdur. Səhv etmirəmsə hansısa ibn Süleymanın... azərbaycanlının adını veriblər, hansı ki, oralarda neft quyusu tapıb".  Bunu deyən kimdir? Leninqradın keçmiş saxta-korrupsioner meri, 1996-da ikinci dəfə seçilmə uğursuzlugu ilə qovulan Anatoli Sobçakın arvadı və bütün Rusiyada pozuq-siyasətçi kimi "məşhur" olan Kseniya Sobçakın anası. Bu tərbiyəsiz qadın hələ, ərinin mer vaxtında sakit oturmurdu . Görünür ki, Vladimir Putinin vaxtı ilə Sobçakın Leninqradda müavini olmasından yararlanaraq bu statusuna sahib olub. Qudurğanlığa baxın ki, Rusiyanın və bütün dünyanın tanıdığı, Qərbi Sibirdə ilk nefti kəşf edərək, bütün regionda inkişafın özülünü qoyan, qəhrəman-alim Fərman Salmanovu və eynilə də o Surqut şəhərini "aziat" hesab edib. Özü isə daha şərqdə Tuva Respublikasından nümayəndə senatordu, bəyənmədiyi "aziat"ın torpağından. Təqsir onda deyil. Təqsir bu imperiyadadır ki, o boyda Tuva- qədim türk xalqından bir milli nümayəndə üçün imkan verilmir senator seçilsin, gətirib, özünü-kökünü tanımayan, heç, Tuvanın xəritədə yerini də bilməyən birisini xalqa sırıyırblar". İlqar Altay bildirib ki, bütün Rusiya mətbuatı kəskin yazılarla, ictimai xadimlər qınaqla, Surqut əhalisi və meri senator qadına qarşı etirazla çıxış edir: " Bizim tərəfdən Xarici İşlər Nazirliyi, Rusiyadakiı səfir Polad Bülbüloğlu, oradakı diasporamız, burada QHT-lər bu məsələyə kəskin reaksiya verməlidir. Sonra deyirik, axtarırıq ki, milli-dövlətçilik hissi-mənliyi nədən yaranır? Bax bu cür, milli-mənəvi dəyərlərimizə olan hücumlara qarşı birləşərək, təpki göstərməyimizdən.. Bir, təsəvvür edək ki, erməni ya çeçenlər olsaydı bizim yerimizdə bu saat nə edərdi?"

Müstəqil ekspert Kənan Paşayev də Azərbaycana qarşı başlanan kampaniyanı pisləyib. O, qeyd edib ki, 2019-cu ilin ilk ayında baş verən hadisələr ölkəmiz üçün heç də xoş olmadı. Onun sözlərinə görə, əvvəlcə qardaş ölkə Türkiyədə erməni kanalı olan Lyus tv-nin fəaliyyətə başlayacağı qərarının verilməsi, daha sonra isə dost ölkə Gürcüstanda əli Azərbaycan türklərinin qanına batmış erməni terrorçuya abidə qoyulması Azərbaycan üçün əsl arxadan vurulan zərbə oldu: "Şübhəsizdir ki, hər iki hadisədə erməni lobbisinin əli var. Lyus tv kanalını açan Aram Kuranın dediyinə görə "Lyus" işıq deməkdir və bu kanal gələcəkdə Türiyə ilə Ermənistan arasındakı münasibətlərə işıq salacaq. Ancaq erməni telekanal rəhbərinin unutduğu bir şey var ki, iki ölkə arasındakı münasibətlərin normallaşması üçün Ermənistanın qarşısındakı əsas öhdəliklərdən biri də qondarma erməni soyqırımını dünyaya tanıtdırmağa çalışmaqdan imtina etmədir. Bu isə erməni lobbisi və ona havadarlıq edənlərin maraqlarına uyğun deyil. Bəs onda sual yaranır, kanalın açılmasında məqsəd nədir? Təqribən on il bunndan əvvəl Türkiyə ilə Azərbaycan arasında bir sıra siyasi problem yaranmışdı. Həmin illərdə hətta Azərbaycan neftinin Türkiyəyə daha baha qiymətə satılması ilə bağlı bir sıra damışıqların aparılması, Türkiyənin Ermənistanla sərhədləri açacağı və iki ölkə arasında barışıq olacağı ilə bağlı danışıqlar gedirdi.  Bu Azərbaycan-Türkiyə münasibətlərini siyasi böhran vəziyyətinə çatdırmışdı. Sözsüz ki bu hadisələrin baş verməsində də erməni lobbisi və iki ölkə arasndakı qardaşlıq münasibətindən narahat olan bir sıra qərb ölkələrinin əli vardı. Ancaq hər iki dövlət başçısının uzaqgörənliyi sayəsində həmin illərdə bu təhlükə sovuşdu və düşmənin heç bir planı baş tutmadı". Kənan Paşayev deyir ki, erməni lobbisi yenidən bu yolu sınamağa çalışır: "Ancaq bu dəfə sadəcə Türkiyə-Azərbaycan münasibətləri deyil, həm də Gürcüstan-Azərbaycan münasibətləri hədəf alınıb. Axalkalaki rayonunda erməni terrorçuya abidə qoyulmasını erməni lobbisinin böyük uğuru kimi qiymətləndirmək olar. Sözsüz ki ermənilər bunu Türkiyədə edə bilməzdilər. Türk dövləti buna imkan verməzdi. Bəs onda Türkiyə dövləti erməni kanalının açılmasına niyə icazə verdi? Türkiyə tollerant və demokratik dövlətdir. Mətbuat azadlığına həmişə dəstək verilir. Bu kanalın açılışına sırf erməni kanalı olduğu üçün mane ola bilməzdilər. Erməni lobbisi beynəlxalq arenada bu haldan Türkiyənin əleyhinə istifadə edə bilərdi. Şübhəsizdir ki, bu kanal gələcəkdə Azərbaycan və ya Türkiyə üçün təxribat xarakteri daşıyacaq bir yayım edəcək. Bəlkə də Türkiyə rəhbərliyi kanalın fəaliyyətini gələcəkdə dayandıracaq və bu fürsəti gözləyir. Gürcüstan dövlətinin heykəlin qoyulmasına etiraz etməməsi isə heç bir bəhanə qəbul etmir. Bu erməni lobbisi qədər Gürcüstan dövlətinin də əlinin olduğu bir təxribatdır. Hazırki Gürcü hakimiyyəti regiondakı vəziyyəti qiymətləndirə və gələcəkdə ölkənin başına gələ biləcək fəlakətləri əvvəlcədən düşünə bilmir. Onsuz da Gürcüstan Qafqazda heç bir dəstəyi olmayan ölkədir. Ona xeyir verən yeganə amil Azərbaycanla arasında olan münasibətlərdir. İki ölkə arasında böhran olsa bu gələcəkdə gürcü dövlətinin süqutuna səbəb ola bilər. Gürcüstan əhalisinin demək olar ki, 40 faizi azərbaycanlılardır. Bu əhali vəziyyətdən qəzəblənə və müxtariyyət elan etmək üçün mübarizəyə başlaya bilər. Gürcüstan dövləti bu cür kütləni ram etmək gücündə deyil və bu hadisələr şübhəsiz azərbaycanlıların qələbəsi ilə başa çatacaq. Daha sonra referondum keçirilə və həmin muxtar ərazi Azərbaycana birləşə bilər. Gürcüstan dövlətinin bu cür zəifləməsi gələcəkdə onun böyük güclər tərəfindən işğalına yol aça bilər. O zaman erməni dostları belə onlara kömək edə bilməyəcək. Və bu gün Azərbaycan qazı Gürcüstana çox ucuz qiymətə satılır. Əgər Azərbaycan qazın qiymətini qaldırsa və ya ümumiyyətlə satışını dayandırsa bu Gürcüstanda böyük fəlakətlər deməkdir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə rəsmi Tbilisinin Azərbaycan maraqlarına zidd olan daha bir addımına diqqət çəkib. O, deyib ki, Gürcüstan hakimiyyəti işğal altındakı Abxaziya və Cənubi Osetiya üzərindən Rusiya ilə ticarət mübadiləsinin uzun illərdən sonra bərpasına razılaşmağa hazırlaşır: " Bu mövzuda illərdir İsveçrədə rus və gürcü diplomatlar arasında danışıqlar gedir. Hazırda danışıqlar yekunlaşmağa yaxındır. Gürcüstanın Abxaziya və Cənubi Osetiyanı işğal edən Rusiya ilə anlaşması ona bənzəyərdi ki, Azərbaycan işğal altındakı Dağlıq Qarabağ üzərindən Ermənistanla ticarət mübadiləsini bərpa edərdi. Biz buna heç zaman razılaşmarıq. Ancaq gürcülər fərqli düşünürlər. Gürcüstan Abxaziya və Cənubi Osetiya üzərindən Rusiya ilə ticarət mübadiləsinə "yaşıl işıq" yandırsa, avtomatik olaraq Ermənistana da yol açılacaq. Bu işğalçı Ermənistanın köhnə arzusudur".

Politoloq bildirib ki, hazırda Rusiya ilə Ermənistanı Gürcüstan üzərindən birləşdirən yeganə nəqliyyat yolu dağlardan keçən "Böyük Larsdır". Ancaq bu yol uçqunlar səbəbindən çox zaman işlək deyil: "Ermənistan bu yoldan istifadə edə bilmir, iqtisadiyyatında böyük problemlər yaranır. Abxaziya yolu açılsa isə Ermənistan Rusiya ilə həm quru, həm də dəmiryolu ilə birləşəcək. Bu da Tiflisin Bakıya növbəti "mesajı" olacaq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31