Hakan Fidan Avstriyada İran və Ukrayna münaqişələrini müzakirə edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan 29-30 aprel tarixlərində Avstriyaya rəsmi səfər edəcək.

Olaylar.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Ali diplomat Qərbi Avropa ölkəsində ikitərəfli münasibətlərdən savayı, İran münaqişəsi və ondan qaynaqlanan Hömrüz boğazı ilə bağlı vəziyyəti, Ukrayna müharibəsini, Avropa İttifaqı ilə münasibətləri müzakirə edəcək.

Türkiyəli nazir səfər çərçivəsində avstriyalı həmkarı Beate Maynl-Rayzinger ilə görüşəcək, eyni zamanda ölkənin kansleri Kristian Ştokerin qəbulunda olacaq.

Görüşlər çərçivəsində Fidan Türkiyənin avrointeqrasiyası ilə bağlı məsələləri də müzakirə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31