Xaosçulara yerlərini göstərmək lazımdır
Arzuman Abdulkərimov: “Bunun üçün dövləti və dövlətçiliyi və eyni zamanda iqtidarı dəstəkləyən siyasi partiya, gənclər təşkilatları, vətəndaş cəmiyyəti nümayəndələrinin birgə mitinqini təşkil etnək lazımdır”
5 Fevral 2019 15:04 SiyasətArzuman Abdulkərimov: "Bunun üçün dövləti və dövlətçiliyi və eyni zamanda iqtidarı dəstəkləyən siyasi partiya, gənclər təşkilatları, vətəndaş cəmiyyəti nümayəndələrinin birgə mitinqini təşkil etnək lazımdır"
Ölkəmiz yenə antiAzərbaycan qüvvələrin hədəfindədir. Müntəzəm olaraq Azərbaycana qarşı həyata keçirilən bu kampaniyalar zaman keçdikcə dəyişib daha çirkin xarakter alsa da, lakin onun təşkilatçıları və icraçıları dəyişmir. AntiAzərbaycan kampaniyasının əsas təşkilatçıları qismində erməni lobbisi, ona xidmət edən Avropanın bəzi siyasi təsisatları və siyasiləridirsə, onun icraçıları isə daxildə fəaliyyət gösərən radikal siyasi düşərgədir. Son bir ay ərzində ölkəmizə qarşı Avropadan artan əsassız və absurd siyasi təzyiqlər fonunda radikal siyasi düşərgənin ölkədə gərginlik yaratmaq cəhdləri, ənənəvi və perspektivsiz, heç bir sosial sifariş və dəstək olmadığı halda mitinq keçirmıklə ölkədə xaos, anarxiyaya yol açmaq istəkləri fonunda belə qənaətə gəlmək mümkündür. Diqqət etsək görərik ki, Avropadakı antiAzərbaycan şəbəkə ilə radikal siyasi düşərgənin ölkəmizə qarşı uğursuz fəaliyyəti paralel şəkildə gedir. Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli bəyanatla eyni vaxtda Milli Şura adlanan qurum Bakıda mitinq keçirir. Yanvarın 19-na təyin edilən mitinq xalq tərəfindən dəstək görmədiyindən bütün dəyərləri ayaqlar altına alan siyasilər ümumxalq hüzn günündə yenidən gərginlik yaratmağa, şəhidlərdən sui-istifadə etməyə çalışırlar. Ancaq sevindirici haldır ki, Azərbaycana qarşı davamlı olaraq həyata keçirilən bu kimi məkirli planların heç biri reallaşmır, xalq öz sözü, mövqeyi ilə onlara öz yerini göstərir. Burada bir məqamı da qeyd etmək yerinə düşər ki, vətəndaş cəmiyyətinin nümayəndələri də Azərbaycana qarşı başladılan bu kimi məkirli planlar, təxribatlara qarşı öz məvqeyini ortaya qoyur, dövlətin, dövlətçiliyin yanında yer alırlar. "Hilal" İctimai Birliyinin sədri Arzuman Abdulkərimov da deyir ki, ötən ilin dekabrından başlayaraq dövlətimiz növbəti qara-piyar kampaniyası ilə üz-üzədir. Onun sözlərinə görə, bu kampaniyanın xaricdən, imperialist güclər tərəfindən idarə olunduğunu bir mənalı olaraq deyə bilərik: "Çünki xaricdə formalaşdırılmış söyüşcül vətənsizlər şəbəkəsi ilə, daxildə olan xaos müxalifəti eyni vaxtda hərəkətə gətirildi. Nəticədə xaos müxalifəti 19 yanvarda əvvəlkindən daha mütəşəkkil səviyyədə təşkil olunmuş mitinq keçirdilər. Səbəb kimi radikallara xaricdən ötürülən maliyyənin artırılmasını göstərə bilərik". Arzuman Abdulkərimov deyir ki, bundan ruhlanan xaosçular, 20 yanvar hüzn günündə Şəhidlər Xiyabanında öz xislətlərinə uyğun olaraq qarşıdurma yaratmaq istədilər: "Bu niyyətləri də baş tutmadı. Son olaraq 31 yanvarda, böyük öndər Məmməd Əmin Rəsulzadənin doğum günündə, Novxanı kəndində növbəti dəfə hay-küy salmaq istədilər. Bu da alınmadı. Göründüyü kimi bunlar üçün müqəddəs- Dirçəliş günü, 20 yanvar, Məmməd Əmin Rəsulzadənin doğum günü və digər əlamətdar günlər) heç nə qalmayıb. Hər fürsətdə hakimiyyətin üzərinə getmək, bütün hallarda hakimiyyəti şər və böhtanlara məruz qoymaq istəyirlər".
İctimai Birlik sədri deyir ki, belə hallarda, xaricdən təzyiqlər artan zaman adətən iqtidarda olanlar xalqı meydanlara səsləyərək imperialistlərə öz gücünü göstərir: "Xalq mənim arxamdadır mesajını verir. Yeri gəlmişkən, ümumilli lider Heydər Əliyev 1994-cü ilin oktyabrında və 1995-ci ilin mart hadisələrində xalqa müraciət edərək dövlətimizi növbəti kataklizmlərdən qorudu. Qardaş Türkiyədə 2015-ci il hadisələrində Rəcəb Tayyib Ərdoğan eyni cür davranaraq, xalqı meydanlara səslədi və dövlətini qorudu. Bu kimi hallarla bağlı çox sayda misallar çəkmək olar. Sözümün canı var. Xarici havadarlarından güc və para alaraq, 5-10 min adamı meydanlara yığaraq, havalanan xaoşçulara yerlərini göstərmək lazımdı". Arzuman Abdulkərimov deyib ki. bunun üçün dövləti və dövlətçiliyi və eyni zamanda iqtidarı dəstəkləyən siyasi partiya, gənclər təşkilatları, vətəndaş cəmiyyəti nümayəndələrinin birgə mitinqini təşkil etmək lazımdı. Bununla biz həm imperialist güclərə, həm də xaosçulara, xalqın dövlətin və iqtidarın yanında olduğunu göstərmiş olarıq".
Süleyman