"Paşinyan addımı atmağa cəsarət etmir"

"Ermənistan baş naziri Nikol Paşinyanın Almaniya səfəri zamanı "Biz kompromisə hazırıq, amma bunu ilk addım olaraq Azərbaycan atmalıdır" bəyanatı provokativ bəyanatdır". Bunu politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, Paşinyanın erməni diasporası qarşısında çıxışı zamanı səsləndirdiyi bu fikir onu deməyə əsas verir ki, o münaqişədən çıxış yolunu bilsə də bu addımı atmağa cəsarət etmir: "Almaniyanın Qarabağla bağlı rəsmi mövqeyi son illər daha da aydınlaşaraq torpaqların işğaldan azad olunması səviyyəsində qərarlaşıb. Bu barədə xanım Angela Merkelin bir neçə dəfə bəyanatlar da verdiyinin şahidi olmuşuq. Böyük ehtimalla bu dəfə də Ermənistan rəhbərliyinə sülh təklifi edilsə də hələ də Rusiyanın təsir dairəsində olması səbəbindən qərar qəbul edə bilmirlər. Elə bu səbəbdən də Paşinyan dispora qarşısında çıxış zamanı ona qarşı iddia edilən təzyiqləri təzkib edib.

Paşinyanın Azərbaycandan kompromis barədə rəsmi qarantiya istəməsi abssurd bir bəyanatdır. Azərbaycan Ermənistanla sülh danışıqlarına razılıq verməsi kompromisin özüdür. İşğala məruz qalan və torpaqları azad etmək istəyində olan bir dövlətin sülh danışıqlarına razılıq verməsindən böyük kompromis ola bilməz".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31