Deputat: "Bəzi dairələr Azərbaycanı yaxın Şərqin durumuna salmaq istəyirlər"

“Bəzi dairələr təxribatlar törədərək Azərbaycanı yaxın Şərq ölkələrinin durumuna salmaq istəyirlər”. “Olaylar” xəbər verir ki, bunu millət vəkili Aydın Mİrzəzadə deyib. Deputat bildirib ki, Prezident İlham Əliyevin müstəqil siyasətini, xalqına qayğısını həzm edə bilməyən qüvvələr bundan ötrü daxildəki aqressiv müxalifətdən istifadə edirlər: “Azərbaycan Prezidentinin xalqa xidməti göz önündədir. Dövlət başçısının aztəminatlı ailələr, məcburi köçkünlər, şəhid ailələri, gənclərə göstərdiyi diqqəti hər kəs görür. Bu, cənab İlham Əliyevin yüksək mənəvi dəyərlərə sahib olmasından xəbər verir. Bütün bunları görə-görə dövlət başçısını necə təhqir edə bilərlər. Deməli, bu, məkrli planların tərkib hissələridir”.

"Bəzi dairələr təxribatlar törədərək Azərbaycanı yaxın Şərq ölkələrinin durumuna salmaq istəyirlər". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Aydın Mİrzəzadə deyib. Deputat bildirib ki, Prezident İlham Əliyevin müstəqil siyasətini, xalqına qayğısını həzm edə bilməyən qüvvələr bundan ötrü daxildəki aqressiv müxalifətdən istifadə edirlər: "Azərbaycan Prezidentinin xalqa xidməti göz önündədir. Dövlət başçısının aztəminatlı ailələr, məcburi köçkünlər, şəhid ailələri, gənclərə göstərdiyi diqqəti hər kəs görür. Bu, cənab İlham Əliyevin yüksək mənəvi dəyərlərə sahib olmasından xəbər verir. Bütün bunları görə-görə dövlət başçısını necə təhqir edə bilərlər. Deməli, bu, məkrli planların tərkib hissələridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31