Gündəm
Sabahın hava proqnozu açıqlanıb
Şəhid ailələrinə qayğı Azərbaycan dövlətinin önəmli prioritetdir
Ziyad Səmədzadə: “Şəhidlər adından siyasi xal toplamaq üçün yanlışlığa və günaha yol verirlər”
Bizi istəməyən qüvvələr anti-Azərbaycan koalisiyasında birləşiblər
Fəzail Ağamalı: “Onların mövqeyini alt-üst eləməliyik” Məlum olduğu kimi bir sıra Avropa təşkilatları Azərbaycana qarşı ikili standartlar nümayiş etdirilər. Azərbaycan ictimaiyyəti isə bu qərəzli mövqeyə adekvat cavab verməyin tərəfdarıdır. Maraqlıdır, yaranmış vəziyyət ölkəmizlə sözgedən təşkilatlar arasında münasibətlərin soyumasına səbəb ola bilərmi? Müsahibimiz millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdır.
2019-cu ilin “Ən yaxşı işəgötürən” şirkət məlum oldu
JTI (Japan Tobacco International) şirkəti işçilər üçün yaratdığı mükəmməl şəraitə görə yenidən Azərbaycan, Avropa və Asiya-Sakit Okean bölgəsində, eləcə də qlobal olaraq 2019-cu ilin “Ən yaxşı işəgötürən” şirkət seçilmişdir. Olaylar.az bildirir ki, “Ən yaxşı işəgötürən” seçilən təşkilatlar insanlara önəm verən proqressiv insan resursları praktikaları ilə işçilər üçün ən yaxşı iş mühiti yaradan qurumlardır. Bu qlobal sertifikasiya proqramı çərçivəsində beş qitədə yerləşən 115-dən çox ölkədə / regionda 1300-dən çox “Ən yaxşı işəgötürən” qurum seçilmişdir.
Xalq arasında radikalların heç bir sosial dayaqları yoxdur
İnsanlar müxaliflərin yalanlarına yox, ölkəmizdə həyata keçirilən inkişaf və quruculuq siyasətinə inanır Gənclər bir qayda olaraq cəmiyyətin aparıcı təbəqəsi, hissəsi hesab olunur. Adətən bütün zamanlarda gənc nəsil bu və ya digər ölkələrdə cərəyan edən proseslərin əsas lokomotivi rolunu oynayır. Azərbaycanda da eyni proses davam edir. Burada xüsusi diqqət çəkən məqamlardan biri isə ondan ibarətdir ki, gənclərə diqqət və qayğı Azərbaycanda özünü daha qabarıq şəkildə göstərir. Dövlət və xüsusilə də dövlət başçısı səviyyəsində gənclərə göstərilən diqqət və qayğının ən bariz nümunəsi bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə gənclərin toplantısının keçirilməsi oldu.
"Yeni dövlət proqramı insanların daha da yaxşı yaşamasına xidmət edəcək"
“Prezident İlham Əliyev tərəfindən regionların inkişafını əhatə edən proqramların qəbulu artıq ənənə halını alıb. Bu proqramların sayəsində ölkəmizin bütün bölgələrində məqsədyönlü işlər görülür”. Bu fikirləri Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
"Bütün məsələlərdə gəncliyin marağı nəzərə alınır"
Lavrovdan nüvə savaşı xəbərdarlığı
Bakı və İrəvan arasında son aylar əldə edilənlər...
“Almaz” yenidən səhnədə
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı-dramaturq Cəfər Cabbarlının “Almaz” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa növbəti dəfə nümayiş olunub. Olaylar.az bildirir ki, ikihissəli dramın yeni səhnə redaksiyasının müəllifi Əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovdur.
Saxta profillərlə xalqı təhqir edənlər
Ağalarının sifarişini yerinə yetirənlərdir Gündəlik həyatımızın bir hissəsini təşkil edən sosial şəbəkələrdən bir çox məqsədlər üçün istifadə edilir. Çox təəssüf ki, son vaxtlar istər fərdi paylaşımlara, istərsə də qrup və ya toplum səyifələrdə paylaşımlara söyüş və təhqiramiz fikirlər, şərhlər yazılır. Vəziyyət o həddə çatıb ki, bu yolun yolçuları Azərbaycanın dövlət rəmzlərini, tanınmış ictimai-siyasi xadimləri belə təhqir etməkdən çəkinmirlər. Millət vəkili İlham Məmmədov qeyd edib ki, sosial şəbəkə insan həyatını yaxşılaşdıran, insanın
Qız Qalası bənövşəyi rəngdə
Xərçəngə qarşı Beynəlxalq Mübarizə Birliyi 2005-ci ildən başlayaraq hər il fevralın 4-də Dünya Xərçənglə Mübarizə Gününü qeyd edir. Bu çağırışa cavab olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi insan sağlamlığına böyük təhlükə törədən xəstəliyə qarşı həssaslığı artırmaq məqsədilə ictimaiyyətə vizual ismarış göndərib. Belə ki, həmin gün paytaxtımızın simvolu olan Qız qalası bənövşəyi rənglə işıqlandırılıb.
Avropa İttifaqının ekspert missiyası Azərbaycana səfər edib
Avropa İttifaqının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində növbəti iki ekspert missiyası ölkəmizə səfər edib. “OLAYLAR”-a Təhsil Nazirliyindən bildirilib ki, proqramın “Layihə çərçivəsində seçilmiş Milli Təhsil Standartlarının kompetensiyalara əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə yenidən hazırlanması” adlı birinci, “Qanunverici və tənzimləyici çərçivəyə düzəlişlərin edilməsi ilə bağlı tövsiyələrin işlənib hazırlanması” adlı dördüncü komponenti çərçivəsində Azərbaycana gələn ekspert qrupuna Fransanın Strasburq Universitetinin Kimya fakültəsinin dekanı Jan Mark Planeks, litvalı ekspert, Avropada Xarici Sərhədlərin Müdafiəsi və Sahil Mühafizəsi Agentliyinin Keyfiyyətin Təminatı üzrə Komitəsinin keyfiyyət məsələləri üzrə mütəxəssisi İnqa Yuknite Petrekiene və Litvanın Ali Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi Mərkəzinin direkor müavini Aureliya Valeikiene daxildir.
Məşhur müğənnilər Maştağa və Nardaran qəsəbələrində
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Maştağa və Nardaran qəsəbələrində 2 fevral- Gənclər gününə həsr olunmuş konsertlər keçirilib. Olaylar.az bildirir ki, aparıcı Humay Muxtarova konsert iştirakçılarını Gənclər günü münasibətilə təbrik edib, bildirib ki 1996-cı il 2 fevral tarixində gənclərin 1-ci forumu keçirilib, 1997-ci ildən isə Prezident Heydər Əliyevin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər günü kimi qeyd olunmağa başlanıb. Həmin tarixdən etibarən hər il ölkəmizdə bu bayram geniş qeyd olunur.
Düşmən iriçaplı pulemyotlardan mövqelərimizi atəşə tutub
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

.jpg)





.jpg)
.jpg)





