Saxta profillərlə xalqı təhqir edənlər
Ağalarının sifarişini yerinə yetirənlərdir Gündəlik həyatımızın bir hissəsini təşkil edən sosial şəbəkələrdən bir çox məqsədlər üçün istifadə edilir. Çox təəssüf ki, son vaxtlar istər fərdi paylaşımlara, istərsə də qrup və ya toplum səyifələrdə paylaşımlara söyüş və təhqiramiz fikirlər, şərhlər yazılır. Vəziyyət o həddə çatıb ki, bu yolun yolçuları Azərbaycanın dövlət rəmzlərini, tanınmış ictimai-siyasi xadimləri belə təhqir etməkdən çəkinmirlər. Millət vəkili İlham Məmmədov qeyd edib ki, sosial şəbəkə insan həyatını yaxşılaşdıran, insanın
5 Fevral 2019 11:28 SiyasətAğalarının sifarişini yerinə yetirənlərdir
Gündəlik həyatımızın bir hissəsini təşkil edən sosial şəbəkələrdən bir çox məqsədlər üçün istifadə edilir. Çox təəssüf ki, son vaxtlar istər fərdi paylaşımlara, istərsə də qrup və ya toplum səyifələrdə paylaşımlara söyüş və təhqiramiz fikirlər, şərhlər yazılır. Vəziyyət o həddə çatıb ki, bu yolun yolçuları Azərbaycanın dövlət rəmzlərini, tanınmış ictimai-siyasi xadimləri belə təhqir etməkdən çəkinmirlər. Millət vəkili İlham Məmmədov qeyd edib ki, sosial şəbəkə insan həyatını yaxşılaşdıran, insanın dünyagörüşünün artmasına, bir sözlə, informasiyanın əlçatanlığına xidmət edən yeni bir texnologiyadır. Artıq bu nə sizin, nə bizim, nə də ümumən kiminsə istəyindən asılı olmayan bir trenddir. Bu gün insanların bir-biri ilə ünsiyyəti bütövlükdə sosial şəbəkələrə keçib ki, bunun da hardasa həm müsbət tərəfləri, həm də hansısa mənfi tərəfləri var: "Sırf mənəvi, psixoloji aspektdən yanaşsaq, insanların bir-birilə real ünsiyyəti, bir-birilə real gediş-gəlişi azalıb, virtuallaşıb. İnsanlar ola biləcək hadisələri reallıqda yox, bəzən təhrif olunmuş halda qəbul edərək, bunu öz həyatlarına, öz gündəlik işlərinə daxil etmiş olurlar və hətta, belə demək mümkünsə, bununla yaşayanlar var. Hesab edirəm ki, bunun özü də bəzi mənfi hallara gətirib çıxarır. Ölkəmizə gəlincə, təbii ki, Azərbaycan sürətlə inkişaf edən, müasir texnologiyaları, yenilikləri daim tətbiq edən bir ölkədir. Bu gün sürətli internetin yayılması, ölkə prezidentinin bu sahəyə diqqəti, ümumiyyətlə, dövlət idarəetmə strukturlarının tamamilə onlayn sistemə keçməsi, yeni kommunikasiya texnologiyaları vasitələrindən istifadə edərək, elektron hökumətin yaradılması özü də insanların işini xeyli asanlaşdırır. Ancaq bunun mənfi tərəfləri ondan ibarətdir ki, internet, sosial şəbəkələr Azərbaycanı gözü götürməyən qüvvələr və onun yerdə olan dayaqları üçün döyüş meydanına çevrilib". Onun bildirdiyinə görə, saxta profillərdən istifadə edərək, ölkə, dövlət, iqtidar əleyhinə şər, böhtan yağdıranlar üçün hüquqi tənzimləmə var. Belə halda saxta profillərlə ölkə rəhbərini təhqir etmək, ölkənin ayrı-ayrı nüfuzlu şəxslərini gözdən salmaq, hardasa sosial-məişət zəminində ola biləcək hadisəni təhrif edərək sosial şəbəkələrə çıxarmaq, insanların işgüzar nüfuzuna xələl yetirmək, ailə-məişət məsələlərinə müdaxilə etmək heç bir baxımdan xoşagələn hal deyil: "Bundan da daha pis hal odur ki, burada ölkəmizi sevəməyən qüvvələrə bir növ dəstək verərək yalan informasiyalar yayılır. Həmin insanlara sual olunur, ölkəmizdə gedən inkişafı niyə dünyaya çatdırmaq, yaymaq istəmirsiniz, niyə bu informasiyalarda ölkə prezidentinin şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə qayğısının, əhalinin nisbətən kasıb təbəqəsinə kömək olacaq, onların həyatının yaxşılaşması, məşğulluq problemlərinin ortadan qaldırılması üçün görülən işləri təbliğ etmirsiz? Məsələn, 19 yanvarda müxalifətin, radikal qüvvələrin aksiya keçirməsinə icazə verildi. Bunun özü elə demokratiyanın, siyasi azadlığın ən bariz nümunəsidir Ancaq çox təəssüf olsun ki, orada xoşagəlməyən, lazım olan məsələlərdən kənara çıxaraq, hökumət, dövlət, ölkə rəhbərliyinə qarşı çağırışlar edirdilər. Ölkəmizə təhdid edən çağırışlar səsləndirirdilər. Görünür, bu insanlar demokratiyanı anarxiya kimi başa düşürlər. Azərbaycanda anarxiyaya yer yoxdur və ola da bilməz". Millət vəkili əlavə edib ki, ölkə prezidenti, birinci vitse-prezident şəhid ailələri, gənclər ilə görüşür. Bunu təqdir etmək, yüksək dəyərləndirmək əvəzinə, sosial şəbəkələrdə saxta profil istifadəçiləri ölkə rəhbərini, Azərbaycanın birinci xanımı, birinci vitse-prezident xanım Mehriban Əliyevanı təhqir edirlər. Ölkə prezidenti şəhid ailələri ilə, gənclərlə görüşərkən onlara sevgisini, məhəbbətini göstərir və istəyir ki, onlarla bir yerdə olsun, onların fikirlərini dinləsin. Ancaq sosial şəbəkələrdə çox təhqiredici sözlər yazılır. Bu, ölkə rəhbərinə deyil, eyni zamanda, xalqa doğru yönəlmiş təhqirlərdir: "Görün vəziyyət nə yerə çatıb ki, bunlar 20 Yanvar şəhidlərinə belə hörmətsizlikdən çəkinmirlər. Xalq, insanlar həmin gün növbəyə düzülür, öz hörmət və ehtiramlarını bildirmək istəyirlər. Bunlar isə az qala o kütlənin, insanların başı üzərindən hörmətsizlik edərək, əlahiddə adamlar kimi keçmək istəyirlər. Guya dövləti, vətəni, elə bu şəhidləri bunlardan çox istəyən yoxdur. Xeyr, onların məqsədi ağalarından aldığı tapşırıqları icra etməkdir. Elə birbaşa deyək ki, Əli Kərimli kimisinin və onun ətrafında olan insanların məqsədi ölkəmizin ictimai-siyasi vəziyyətini təhrif etmək, aranı qarışdırmaq, "olanları" kameralara çəkdirmək, sosial şəbəkələrdə paylaşmaq, ölkəmizin nüfuzuna zərbə vurmaqdır. Yaxşı, ay Əli Kərimli, sənin o demiokratiya dediyin yerlərdə gör nə hadisələr baş verir. Sən bunumu istəyirsən? Yaxşı, Azərbaycanı sevənsənsə, niyə bu gün dünya Azərbaycanda gedən yeniliklərdən danışmırsan. Niyə "ASAN" xidmətdən, sahibkarlığın inkişafı üçün nəzərdə tutulan vergi güzəştlərindən söz açmırsan? De ki, bax, burda bu çatmır, bunları edilsə, yaxşı olar və sair. Və yaxud, elə tək 30 min adamın məşğulluq problemini həll eləmək üçün ölkə prezidenti tərəfindən 80 milyon vəsait ayrılıb. Müxtəlif şəhərdə təmizlik, abadlıq və sair kimi işlər də artıq mərkəzləşmiş şəkildə "DOST" vasitəsilə həyata keçirilir. Bu işlərdə çalışanlara ən azı 200-300 manat maaş veriləcək, onların pensiya təminatı da olacaq. Niyə bir dəfə olsun minnətdarlıq hissi ilə bunları deyə bilmirsən?" Deputat qeyd edib ki, hər bir hərəkətin ona uyğun adekvat cavabı var və özü də çox sivil qaydada: "Görün ölkə prezidenti, hörmətli Mehriban xanım Əliyeva tərəfindən hansı mədəniyyət, hansı yüksək səviyyə nümayiş elətdirilib. Bir dəfə olsun belə onlara qarşı səslənən ifadələrə hansısa kəskin ifadələr işlənməyib. İstər dövlət, hökumət təmsilçiləri, istərsə də Milli Məclis deputatları tərəfindən. Məgər biz belə dururuqsa, onlar irəlimi keçməlidir? Yəni, qoy onlar da eşitsinlər ki, qoy onlar da bilsinlər ki, onlar təhqir edəndə tək bizləri yox, xalqı da, sıravi vətəndaşları da təhqir edirlər. Azərbaycan kiçik bir ölkədir və hamının bir-birinə hansısa müstəvidə qohumluq, tanışlıq, dostluq əlaqələri var. Yəni, bunu qabaqlarına qoyub fikirləşmələri lazımdır. Hər bir məsələ sivil mübarizə çərçivəsində olmalıdır, əndazəni aşmamalıdır.
Nurlan