Qəzada ölən "Metak"ın rəhbərinin oğlu deyil

Bir sıra KİV-də "Metak" şirkətinin rəhbərinin oğlunun Ada Süleymanova ilə qəzadan ölməsi ilə bağlı xəbərlər yayılıb.

Milli.Az-ın əldə etdiyi məlumata görə, qəzada həlak olan Anar Kərimov Alik Kazımovun oğlu deyil.

Alik Kazımovun oğlu Aydın Kərimovdur, o eyni zamanda "Metak" şirkətinin direktorudur. 

Qeyd edək ki, sözügedən qəzada aparıcı Ada Süleymanova da həyatını itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00