Lavrovdan nüvə savaşı xəbərdarlığı

Rusiya və ABŞ arasında Yaxın və orta mənzilli raketlərlə bağlı müqavilənin (İNF) ləğvi nüvə müharibəsi riskini artırır.

Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

Nazir bildirib ki, ABŞ administrasiyasının silahlarla bağlı beynəlxalq sistemi sındırması kursunun götürməsindən sonra yeni epoxa barədə danışmaq olar:

"Rusiya Soyuq müharibə dövrünə xas olan silah yarışına daxil olmayacaq və ortaya çıxan təhlükələrə assimetrik cavab verəcək. Prezident bunu olduqca dəqiq ifadə etdi. ABŞ-ın İNF-dən çıxması nəticəsində yaranan təhlükəyə qarşı biz hərbi texniki vasitələrlə qarşılıq verəcəyik".

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31