Bakı və İrəvan arasında son aylar əldə edilənlər...
5 Fevral 2019 12:13 SiyasətDağlıq Qarabağ konfliktinin həlli mütəmadi olaraq köhnə məntiqinə qayıdır. Bu məntiq əslində itməmişdi, sadəcə, susmuşdu. Dəyişikliklə diplomatik bəyanatlar səviyyəsində baş verib. Bizlərdən çoxu başa düşür ki, tərəflərin mövqeləri məzmun baxımından dəyişməyib.
Bunu "168 Jam" qəzetinə açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında təcili əlaqə haqqında son aylar əldə olunan razılaşma pozitiv addım olsa da atəşkəsin qorunub saxlanılmasında yetərli olmayacaq və tərəflər arasında münasibətlər pisləşən kimi bu əlaqələr kəsiləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31