Gündəm
Vüqar Rəhimzadə: "Dövlət hər zaman öz vətəndaşının yanındadır"
“Bu gün cəmiyyətdə statusundan asılı olmayaraq hər bir vətəndaşımız dövlətin diqqət və qayğısını öz həyatında hiss edir. Təbii ki, bu qayğı günbəgün artır, dövlət hər bir vətəndaşının probleminə daha həssas şəkildə yanaşır və onu həll edir. Xüsusilə bu ilin əvvəlindən başlayaraq möhtərəm Prezidentimiz təşəbbüsü ilə sosial sferada həyata keçirilən islahatlar, imzalanan fərman və sərəncamlar bunu bir daha təsdiq edir. Ölkəmizin başçısı bölgələrə səfərləri zamanı kənd və qəsəbələrdə sakinlərlə görüşür, onların problem və qayğılarını öz dillərindən eşidir və ən yüksək səviyyədə həllinə çalışır. Hesab edirəm ki, bu və digər mühüm məqamlar həyata keçirilən uğurlu sosial siyasətin nəticəsidir”. Bu fikirləri Olaylar.az -a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Şəxsiyyət vəsiqəsi yeni qaydada veriləcək
Aprel ayı üçün nəzərdə tutulan repertuar - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aprel ayı üçün nəzərdə tutulan repertuarı zəngindir. Olaylar.az repertuarı təqdim edir: 4 aprel - “12 –ci gecə və ya hər nə istəsəniz” 5 aprel - “Medeya Evripidə qarşı” (Gürcü teatrının tamaşası)
Teatrın aprel repertuarı
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 109-cu teatr mövsümünün aprel üçün aylıq repertuar planı təqdim edilib. Olaylar.az 1 ay ərzində teatrda təqdim ediləcək tamaşalar siyahısını təqdim edir: 04/04 “Düyməcik”(H.K.Andersen)(rusdilində) 11:00
YUNESKO baş qərargahında “Bakı Prosesi” beynəlxalq işçi qrupunun iclası
YUNESKO baş qərargahında Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə “Bakı Prosesi” beynəlxalq işçi qrupunun iclası keçirilmişdir. Olaylar.az bildirir ki, YUNESKO Katibliyinin, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, İSESKO-nun rəsmiləri və işçi qrupun digər üzvlərinin iştirakı ilə keçirilən iclasda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı və konsepsiya sənədləri müzakirə edilmişdir.
Mahatma Qandinin 150 illiyi münasibətilə rəsm sərgisi
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) Hindistanın siyasi və ictimai xadimi Mahatma Qandinin anadan olmasının 150 illiyi münasibətilə rəsm sərgisi açılıb.
"Muğam- 2019" Televiziya Müsabiqəsi davam edir
Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin iştirakı ilə keçirilən "Muğam - 2019" VII Televiziya Muğam Müsabiqəsinin növbəti tədbiri keçirildi.
Gəncədə müşavirə
Gəncədə Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təcrübə əsasında müəssisələrin idarə olunmasında müasir üsulların formaları və innovativ idarəçilik metodlarının bölgələrdə tətbiqi məsələlərinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib. Olaylar.az bildirir ki, Məhsəti Gəncəvi Mərkəzində keçirilən tədbirdə mədəniyyət nazirinin müavini Rafiq Bayramov, nazirliyin rəsmiləri, regional mədəniyyət idarələrinin rəisləri, kitabxanaların, incəsənət və musiqi məktəblərinin direktorları, həmçinin ayrı-ayrı mədəniyyət müəssisələrinin, bədii və özfəaliyyət kollektivlərinin rəhbərləri iştirak ediblər.
"Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının ilk ünvanı Gəncə
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən "Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının bu il ilk ünvanı Gəncə şəhəri olub. Olaylar.az bildirir ki, əsl mədəniyyət bayramına çevrilən festival Azərbaycanın bütün regionlarının mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa, bölgələr arasındakı mədəni mübadiləni gücləndirməyə, eləcə də yeni təşəbbüslərə zəmin yaradır.
Çin səhnəsində “Arşın mal alan” adlı bədii gecə
Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Dünya teatr gününə həsr olunmuş Çin səhnəsində “Arşın mal alan” bədii gecəsi keçirilib. Olaylar.az bildirir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov incəsənət sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafından danışaraq, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Çinə tarixi səfəri zamanı iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında imzalanan müqavilənin əhəmiyyətini vurğulayıb.
Muğam Mərkəzində möhtəşəm Nəsimi gecəsi
Beynəlxalq Muğam Mərkəzində, Mərkəzin “Qəzəllər” layihəsi çərçivəsində, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin qəzəlləri mövzusunda musiqili gecə keçirilib. Olaylar.az bildirir ki, tədbirin əvvəlində Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan Milli Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxış etdi.
Mədəniyyət və İncəsənət Universitetində “Elm günü”
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Elm günü”nə həsr edilmiş tədbir keçirilib. Prezident İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən, ADMİU-nun Elmi Şura otağında AMEA Memarlıq və İncəsənət İnstitutunun məsul şəxsləri ilə Universitetin kollektivinin görüşü olub. Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları salamlayıb, “Elm günü” münasibəti ilə görüş iştirakçılarını təbrik edib.
ASAN Radioda “Azərbaycan tarixi” adlı layihəyə start verildi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu ASAN Radio ilə birgə “Azərbaycan tarixi” adlı layihə həyata keçirməyə başlayıb. Tarix İnstitutundan Olaylar.az -a verilən məlumata görə, layihə Azərbaycan tarix elmini populyarlaşdırmaq və ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.
İsveçrəli musiqiçilər Muğam Mərkəzində çıxış edəcəklər
Martın 30-da Beynəlxalq Muğam Mərkəzində saat 19.00-da isveçrəli musiqiçilər Mark Aymon və Efraim Salzman tamaşaçıların önündə çıxış edəcəklər. Olaylar.az bildirir ki, İsveçrə Səfirliyi Frankofoniya həftələri layihəsi çərçivəsində “Ah gözəl yay! Əbədi nəğmələr” adlı konsertdə gitara ifaçısı və müğənni Mark Aymon və onu barabanda müşayiət edən Efraim Salzman ənənəvi xalq mahnıları ilə müasir musiqinin sintezindən yaratdıqları ecazkar mahnıları ifa edəcəklər. Bu cütlük keçən il dünyanın bir sıra ölkəsində verdiyi konsertlərlə tamaşaçıların qəlbini fəth edib.
“31 Mart Azərbaycanlıların soyqrımı” mövzusunda dəyirmi masa
Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin təşkilatçılığı ilə “31 Mart Azərbaycanlıların soyqrımı” mövzusunda dəyirmi masa keçirilib. Olaylar.az bildirir ki, fakültənin dekanı dosent İbrahim Kazımbəyli mart soyqırımı və mart hadisələrinin gedişi haqqında məlumat verib.













