“31 Mart Azərbaycanlıların soyqrımı” mövzusunda dəyirmi masa 

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin təşkilatçılığı ilə “31 Mart Azərbaycanlıların soyqrımı” mövzusunda dəyirmi masa keçirilib. Olaylar.az bildirir ki, fakültənin dekanı dosent İbrahim Kazımbəyli mart soyqırımı və mart hadisələrinin gedişi haqqında məlumat verib. 

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin təşkilatçılığı ilə "31 Mart Azərbaycanlıların soyqrımı" mövzusunda dəyirmi masa keçirilib.

Olaylar.az bildirir ki, fakültənin dekanı dosent İbrahim Kazımbəyli mart soyqırımı və mart hadisələrinin gedişi haqqında məlumat verib. 

Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Şəfəq Abdullayeva "31 Mart soyqırım hadisələrinin mətbuatda işıqlandırılması", Beynəlxalq münasibətlər kafedrasının dosenti Samirə İmanova "Azərbaycanlılara qarşı soyqırım siyasətinin beynəlxalq aləmdə tanıdılması", Qafqazşünaslıq kafedrasının dosentləri Xatirə Hacıyeva "İrəvanda ermənilərin törətdiyi soyqırım", Şəlalə Bağırova "1918-ci il mart soyqırımının sosial nəticələri", Regionşünaslıq kafedrasının müəllimi Elşən Məcidov "31 Mart hadisələrinin beynəlxalq arenada tanıdılması istiqamətində problemlər və perspektivlər" mövzusunda çıxış ediblər.

Xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti Şəhla Nağıyeva baş verən hadisələrdən bəhs olunan videoçarx təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31