Çin səhnəsində “Arşın mal alan” adlı bədii gecə
Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Dünya teatr gününə həsr olunmuş Çin səhnəsində “Arşın mal alan” bədii gecəsi keçirilib. Olaylar.az bildirir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov incəsənət sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafından danışaraq, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Çinə tarixi səfəri zamanı iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında imzalanan müqavilənin əhəmiyyətini vurğulayıb.
29 Mart 2019 11:54 SosialAzərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Dünya teatr gününə həsr olunmuş Çin səhnəsində "Arşın mal alan" bədii gecəsi keçirilib. Olaylar.az bildirir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov incəsənət sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafından danışaraq, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Çinə tarixi səfəri zamanı iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında imzalanan müqavilənin əhəmiyyətini vurğulayıb.
Gecədə ölkənin musiqi mədəniyyəti tarixində ilk dəfə yazılan "Səyyah Sindibad" əsərinin müəllifi, bəstəkar və müğənni, klassik vokal məktəbinin nümayəndəsi Rizvan Sədirxanov çıxış edib.
R.Sədirxanov yaradıcılıq planlarını bölüşərək, ADU-nun Konfutsi İnstitutunun nümayəndələrinə layihənin həyata keçirilməsində yardım göstərdiklərinə görə təşəkkür edib. Gecədə çıxış edən Üzeyir Hacıbəyovun ev muzeyinin nümayəndəsi Aytən Heydərova Üzeyir Hacıbəyovun həyat və yaradıcılığının parlaq səhifələrindən, kompozitorun Avropa klassik və Azərbaycan milli musiqisinin ənənələrini birləşdirən, məşhur "Arşın mal alan"ın yaranma tarixi, ilk səhnələşdirilməsi və dünya şöhrəti qazanmasından danışıb. Sonda Çin aktyorlarının canlandırdığı "Arşın mal alan" operetta haqqında film qonaqlara nümayiş olunub.