Mədəniyyət və İncəsənət Universitetində “Elm günü” 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Elm günü”nə həsr edilmiş tədbir keçirilib. Prezident İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən, ADMİU-nun Elmi Şura otağında AMEA Memarlıq və İncəsənət İnstitutunun məsul şəxsləri ilə Universitetin kollektivinin görüşü olub. Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları salamlayıb, “Elm günü” münasibəti ilə görüş iştirakçılarını təbrik edib. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Elm günü"nə həsr edilmiş tədbir keçirilib. Prezident İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən, ADMİU-nun Elmi Şura otağında AMEA Memarlıq və İncəsənət İnstitutunun məsul şəxsləri ilə Universitetin kollektivinin görüşü olub.

Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları salamlayıb, "Elm günü" münasibəti ilə görüş iştirakçılarını təbrik edib. 

Sonra çıxış edən AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə səmimi qəbula görə başda rektor Ceyran Mahmudova olmaqla universitetin kollektivinə təşəkkürünü bildirib. 

Daha sonra AMEA Memarlıq və İncəsənət İnstitutunun Elmi işlər üzrə direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov və "Teatr, kino və televiziya" şöbəsinin müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov da AMEA və ADMİU-nun əməkdaşlıq əlaqələrindən, birgə keçirilən konfrans və seminarlardan söz açıb və bildiriblər ki, gələcəkdə iki qurum arasında münasibətlərin daha da gücləndirilməsi Azərbaycan elminin inkişafına böyük töhfə verə bilər.

ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru, sənətşünaslıq elmləri doktoru, professor Məryam Əlizadə də qonaqları salamlayaraq onlara təşəkkür edib və bildirib ki, son illər ərzində dərin intellektə, savada istedada, malik ümidverici gənclərin elmə gəlməsi bu sahənin gələcəyi haqqında ümidlə danışmağa imkan verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31