Muğam Mərkəzində möhtəşəm Nəsimi gecəsi
Beynəlxalq Muğam Mərkəzində, Mərkəzin “Qəzəllər” layihəsi çərçivəsində, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin qəzəlləri mövzusunda musiqili gecə keçirilib. Olaylar.az bildirir ki, tədbirin əvvəlində Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan Milli Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxış etdi.
29 Mart 2019 11:52 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində, Mərkəzin "Qəzəllər" layihəsi çərçivəsində, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin qəzəlləri mövzusunda musiqili gecə keçirilib.
Olaylar.az bildirir ki, tədbirin əvvəlində Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan Milli Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxış etdi.
Rafael Hüseynov Azərbaycan Prezidentinin 2019 cu ili İmadəddin Nəsimi ili elan etməsinin Azərbaycan mədəniyyəti, azərbaycan ədəbiyyatı üçün çox müstəsna əhəmiyyəti olan bir sənəd kimi qiymətləndirdi.
Gecədə Beynəlxalq Muğam Mərkəzinin solistləri, Əməkdar artistlər Səbuhi İbayev Ehtiram Hüseynov və Babək Niftəliyevin ifasında "Zabul segah" dəsgahı səslənib.
Xanəndələri Beynəlxalq Muğam Mərkəzinin solistləri, tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, qanunda Əməkdar artist Təranə Əliyeva, balabanda Rəfael Əsgərzadə, udda Vasif Yusifli, nağarada Amil Mustafayev müşayiət edirdilər.