"Muğam- 2019" Televiziya Müsabiqəsi davam edir
Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin iştirakı ilə keçirilən "Muğam - 2019" VII Televiziya Muğam Müsabiqəsinin növbəti tədbiri keçirildi.
29 Mart 2019 12:04 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin iştirakı ilə keçirilən "Muğam - 2019" VII Televiziya Muğam Müsabiqəsinin növbəti tədbiri keçirildi.
Olaylar.az bildirir ki, müsabiqənin başlanğıcında unudulmaz sənətkar, Xalq artisti, müğənni Şövkət Ələkbərovanın ifasında Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılan lent yazısı "Kəsmə Şikəstə" dinlənildi.
Müsabiqə iştirakçılarını müşayiət edirdi: tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov, balabanda Adil Müslümov, nağarada Səyavuş Kərimov, qanunda Aysu Sadıqova, Udda İdris Hüseynov. Səhnəyə dəvət olunan müsabiqənin ilk iştirakçısı Nəcibə Məmmədova öz musiqi nömrəsini təqdim etdi. Daha sonra Vəliş Mirzəyev,Türkanə Nəcəfova, Behnam Əlayi, İlahə Rüstəmova,Murad Rüstəmzadə, Suma Tapdıqova, Rəvan Qaçayev,Zibər Zamanova və Əfqan Mahmudov çıxış etdilər.
Müsabiqədə Zülfiyyə Cəbrayılzadə, Zaur Mürsəlov, Qələm Qocamanova, Faiq Əkbərov, Vəliş Mirzəyev, İlahə Rüstəmova, Suma Tapdıqova 63 bal, Tariyel Vəliyev, Xəyal Hüseynov, Hüseyn Səba, Murad Rüstəmzadə, Rəvan Qaçayev, 62 bal, Nəcibə Məmmədova, Türkanə Nəcəfova, Əfqan Mahmudov 61 bal, Mehin Qarayeva, Behman Əlayi, Zibər Zamanova 60 bal, Heyrat İbayev 58 bal topladı
Müsabiqənin növbəti tədbiri aprelin 3 - də keçiriləcək.