Gündəm

İdeya və biznes sahibi gənclərlə görüş keçirildi

29 Mart 2019 11:25

"Yeni Nəsil” layihəsi çərçivəsində Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi regionundan olan gənclər və ekspertlər arasında görüş keçirilərək proqram tərəfindən, “Coca-Cola” Fondunun əsas dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə 2018-2019-cu illəri əhatə edərək həyata keçirilən “New Generation” (Yeni Nəsil) layihəsinin III mərhələsinin icrasına başlanılıb.

Azərbaycan Hökuməti ilə YUNESKO arasında müqavilə imzalandı

29 Mart 2019 11:22

Mədəniyyət naziri Əbülfəs Qarayevin YUNESKO-da görüşləri çərçivəsində Azərbaycan Hökuməti ilə YUNESKO arasında 2019-cu ilin 30 iyun-10 iyul tarixində Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkil edilməsi ilə bağlı müqavilə imzalanmışdır. Müqaviləni Azərbaycan Hökuməti tərəfdən nazir Əbülfəs Qarayev, YUNESKO tərəfdən isə baş direktorun müavini Ernesto Ottone Ramirez imzalamışdır.

Universitetdə “Elm günü” 

29 Mart 2019 11:19

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanşünaslıq Elmi Tədqiqat Laboratoriyası və Elmi əməkdaşlıq şöbəsinin birgə təşkilatçılığı ilə “Elm günü”nə həsr edilmiş “Müasir elmin fəlsəfəsi” adlı tədbir keçirilib. Olylar.az bildirir ki, Elm və təhsil məsələləri üzrə müşavir dosent Seyfəl Həsənov bu günün əhəmiyyətindən danışıb. Nəsimi adına Dilçilik İnstitutunun direktoru, ADU-nun Azərbaycanşünaslıq ETL-nin əməkdaşı akademik Möhsün Nağısoylu Azərbaycan dilçiliyi qarşısında duran məsələlər, gələcək planlar və tərtib olunan lüğətlər haqqında danışıb.

Bəhram Bağırzadə vayner olaraq kimlərdən nə öyrəndi?

28 Mart 2019 15:33

Əməkdar artist Bəhram Bağırzadə vayner fəaliyyətinə necə başladığını açıqlayıb. Olaylar.az bildirir ki, Primetime video müsahibə verən Bağırzadə ilk dəfə oğlu ilə birgə kiçik videolar çəkib sosial şəbəkələrə yerləşdiyini açıqlayıb.

Nazir müavini Qətər Milli Muzeyinin yeni binasının açılış mərasimində 

28 Mart 2019 15:03

Qətər dövlətinin Əmiri Şeyx Təmin bin Həməd Al Saninin himayəsi altında Qətərin paytaxtı Doha şəhərində Qətər Milli Muzeyinin yeni binasının təntənəli açılış mərasimi keçirilmişdir. Olaylar.az bildirir ki, tədbirdə ölkəmizi Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva təmsil etmişdir. Muzeyin rəsmi açılış mərasimində Qətər Dövlətinin Əmiri Şeyx Təmin bin Həməd Əl-Sani çıxış edərək Qətərin tarixi, onun mədəniyyəti və zəngin irsi haqqında qısa məlumat vermişdir.

Yaponiyalı alim BDU-da 

28 Mart 2019 13:15

Yaponiyanın Saitama Universitetinin Beynəlxalq əlaqələr və tədqiqatlar üzrə vitse-prezidenti, fiziki kimya üzrə professor Sei Nakabayaşi, humanitar və sosial elmlər məktəbinin dosenti Makato Naqasama Bakı Dövlət Universitetində olublar.

Tarixi Muzeyində elmi seminar

28 Mart 2019 13:04

Martın 29-da  AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Konfrans zalında “Elm Günü” ilə əlaqədar “Azərbaycanda orta əsrlərdə elm və mədəniyyət" mövzusunda elmi seminar keçiriləcək.

ABŞ hökumətini devirməyə cəhd etdilər - Trampdan ŞOK AÇIQLAMA

28 Mart 2019 10:55

“2016-cı il prezident seçkilərinə Rusiyanın müdaxilə etməsi ilə bağlı aparılan araşdırma hökumətimizi və ölkəmizi devirməyə təşəbbüs idi. Qanundankənar dövlət çevrilişinə cəhd idi”. Bunu ABŞ prezidenti Donald Tramp deyib. Tramp xüsusi təyinatlı prokuror Robert Müller tərəfindən aparılan araşdırmanı onun şəxsiyyətini və hökumətini hədəf alan “cadugər ovu” adlandırıb.

Mədəniyyət naziri  YUNESKO-nun baş direktoru Odri Azule ilə görüşdü

28 Mart 2019 10:53

Nazir Əbülfəs Qarayev YUNESKO-dakı iclaslarda iştirak etmək məqsədilə Fransada səfərdədir. Olaylar.az bildirir ki, səfər çərçivəsində nazir YUNESKO baş direktoru Odri Azule ilə görüşüb. Görüşdə Azərbaycan YUNESKO əlaqələrinin hazırkı vəziyyəti, cari ilin 2-3 may tarixində YUNESKO-nun əsas tərəfdaşlığı ilə Bakıda keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 30 iyun-10 iyul tarixində Ümumdünya İrs Komitəsinin 43-cü Sessiyasına hazırlıq və digər birgə layihə və proqramlarla bağlı fikir mübadiləsi aparılmışdır.

Qubada Soyqırımı Günü ilə bağlı anım mərasimi və konfrans keçiriləcək

28 Mart 2019 10:49

Martın 31-də Quba şəhərindəki Soyqırımı Memorial Kompleksində azərbaycanlıların soyqırımının 101-ci ildönümünə həsr olunmuş anım mərasimi və konfrans keçiriləcək. Olaylar.az bildirir ki, konfrans Mədəniyyət Nazirliyi, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

“Tanrıya 14 məktub” tamaşasının premyerası oldu

28 Mart 2019 10:45

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fransız yazıçısı Erik Emmanuel Şmidtin “Oskar və çəhrayı dama” əsəri əsasında hazırlanmış “Tanrıya 14 məktub” tamaşasının premyerası olub.

Moskva Dövlət Universitetində beynəlxalq forum 

28 Mart 2019 10:41

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Universitetlər, cəmiyyət və bəşəriyyətin gələcəyi” adlı beynəlxalq forum keçirilib. Olaylar.az bildirir ki, Rusiya ali təhsil müəssisələrinin və Avrasiya Universitetlər Assosiasiyası Şurasının üzvü olan universitet rektorlarının, innovativ şirkətlərin və dövlət idarəetmə oqranlarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi forumda Bakı Dövlət Universitetini rektor Elçin Babayev təmsil edib.

Asiya İnfrastruktur İnvestisiya Bankı Banqladeşə 120 milyon dollar kredit ayırıb

28 Mart 2019 10:34

Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Direktorlar Şurası Banqladeşə 120 milyon ABŞ dolları kredit ayrılmasını təsdiqləyib. Bankın Pekindəki mənzil-qərargahından bildiriblər ki, kredit 4 milyondan çox adamın yaşadığı Çittaqon bölgəsində elektrik təchizatı sisteminin yenilənməsinə və inkişafına sərf olunacaq.

Məşhur amerikalı yazıçı ilə görüş keçiriləcək - Muğam Mərkəzində

28 Mart 2019 10:32

Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzində “Söz” ədəbi layihəsi çərçivəsində amerika şairi, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Delaver Universiteti Senatının prezidenti və professoru Aleksandr Səlimov (Aleksandr Azim oğlu Səlimov) ilə görüş keçiriləcək.  

Azərbaycan musiqisi Stanford Universitetində səsləndi

28 Mart 2019 10:28

Şimali Kalifroniyada yerləşən, ABŞ-ın və dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından olan Stanford Universitetində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyilə keçirilən konsertdə Azərbaycan musiqisi təqdim olunub. Olaylar.az bildirir ki, ABŞ-da yaşayan və sözügedən universitetdə Azərbaycan və Mərkəzi Asiyanın türkdilli xalqlarının musiqisini tədris edən azərbaycanlı tanınmış kamança ustası İmamyar Həsənov və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimi, tar ifaçısı Rüfət Həsənovun təqdimatında keçirilən konsertdə Stanford Universitetin tələbələri müxtəlif musiqi alətlərində Azərbaycan musiqisindən nümunələr ifa ediblər.