Universitetdə “Elm günü” 

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanşünaslıq Elmi Tədqiqat Laboratoriyası və Elmi əməkdaşlıq şöbəsinin birgə təşkilatçılığı ilə “Elm günü”nə həsr edilmiş “Müasir elmin fəlsəfəsi” adlı tədbir keçirilib. Olylar.az bildirir ki, Elm və təhsil məsələləri üzrə müşavir dosent Seyfəl Həsənov bu günün əhəmiyyətindən danışıb. Nəsimi adına Dilçilik İnstitutunun direktoru, ADU-nun Azərbaycanşünaslıq ETL-nin əməkdaşı akademik Möhsün Nağısoylu Azərbaycan dilçiliyi qarşısında duran məsələlər, gələcək planlar və tərtib olunan lüğətlər haqqında danışıb.

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanşünaslıq Elmi Tədqiqat Laboratoriyası və Elmi əməkdaşlıq şöbəsinin birgə təşkilatçılığı ilə "Elm günü"nə həsr edilmiş "Müasir elmin fəlsəfəsi" adlı tədbir keçirilib.

Olylar.az bildirir ki, Elm və təhsil məsələləri üzrə müşavir dosent Seyfəl Həsənov bu günün əhəmiyyətindən danışıb. Nəsimi adına Dilçilik İnstitutunun direktoru, ADU-nun Azərbaycanşünaslıq ETL-nin əməkdaşı akademik Möhsün Nağısoylu Azərbaycan dilçiliyi qarşısında duran məsələlər, gələcək planlar və tərtib olunan lüğətlər haqqında danışıb.

Eksperimental fonetika və tətbiqi dilçilik ETL-nin müdiri professor Fəxrəddin Veysəlli dil mənbələrinə münasibət, Azərbaycan elminin dünya miqyasında tanıdılması, plagiat hallarının qarşısının alınması, nəzəri işləmələrin elmdəki yerindən bəhs edib.

Regionşünaslıq kafedrasının dosenti Aqil Şahmuradov elmin inkişaf mərhələlərindən söz açıb.

Elmin hazırki vəziyyəti və bu sahədəki perspektivlərdən danışan Elmi tədqiqatlar və nəşrlər şöbəsinin müdiri professor Həbib Zərbəliyev universitetin elmi fəaliyyəti haqqında məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31