Moskva Dövlət Universitetində beynəlxalq forum
M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Universitetlər, cəmiyyət və bəşəriyyətin gələcəyi” adlı beynəlxalq forum keçirilib. Olaylar.az bildirir ki, Rusiya ali təhsil müəssisələrinin və Avrasiya Universitetlər Assosiasiyası Şurasının üzvü olan universitet rektorlarının, innovativ şirkətlərin və dövlət idarəetmə oqranlarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi forumda Bakı Dövlət Universitetini rektor Elçin Babayev təmsil edib.
28 Mart 2019 10:41 SosialM.V.Lomonosov adına Moskva Dövlət Universitetində "Universitetlər, cəmiyyət və bəşəriyyətin gələcəyi" adlı beynəlxalq forum keçirilib. Olaylar.az bildirir ki, Rusiya ali təhsil müəssisələrinin və Avrasiya Universitetlər Assosiasiyası Şurasının üzvü olan universitet rektorlarının, innovativ şirkətlərin və dövlət idarəetmə oqranlarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi forumda Bakı Dövlət Universitetini rektor Elçin Babayev təmsil edib.
Böyük çağırışlar dövründə universitetlərin qlobal elm-təhsil, texnoloji və humanitar vəhdətində roluna həsr olunan forumu M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Antonoviç Sadovniçi açıb. Ali təhsilin inkişafında qlobal tendensiyaları təhlil edən V.A.Sadovniçi dünya təhsil prosesində Rusiya ali təhsilinin yeri və rolu haqqında danışıb.
Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayevanın elm, təhsil, cəmiyyət və bəşəriyyətin gələcəyi ilə bağlı məzmunlu və dolğun çıxışı Forum iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanıb.
Forum çərçivəsində Rusiya Rektorlar Şurasının və Avrasiya Universitetlər Assosiasiyası Şurasının növbəti iclası keçirilib və akademik V.A.Sadovniçi yenidən hər iki qurumun prezidenti seçilib. Eyni zamanda iclasda Avrasiya Universitetlər Assosiasiyası Şurasının Büro üzvlərinin seçkisi də baş tutub və BDU-nun rektoru Elçin Babayev qurumun Büro üzvü seçilib.