“Tanrıya 14 məktub” tamaşasının premyerası oldu
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fransız yazıçısı Erik Emmanuel Şmidtin “Oskar və çəhrayı dama” əsəri əsasında hazırlanmış “Tanrıya 14 məktub” tamaşasının premyerası olub.
28 Mart 2019 10:45 MədəniyyətAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fransız yazıçısı Erik Emmanuel Şmidtin "Oskar və çəhrayı dama" əsəri əsasında hazırlanmış "Tanrıya 14 məktub" tamaşasının premyerası olub.
Olaylar.az bildirir ki, pyesin tərcüməçisi və tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı Əməkdar artist Nailə Məmmədzadədir. Tryukların quruluşu İsa Əsədova, musiqi tərtibatı Şamxal Novruzluya aiddir. Səhnə əsərində rolları Anar Səfiyev, Mirsənan Kazımlı, Qəmər Məmmədova, Ramil Məmmədov, Bəhram Həsənov, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Vahid Orucoğlu, Təhminə Məmmədova, Anar Seyfullayev, Nurlan Süleymanlı, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Araz Pirimov canlandırıb.