Gündəm

Türkiyədə çalışan Xalq şairinin oğlu vəfat etdi

28 Mart 2019 10:24

Azərbaycanın Xalq şairi, mərhum söz ustadı Osman Sarıvəllinin oğlu vəfat edib. Osman Sarıvəllinin Türkiyədə yaşayan oğlu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, professor Babək Qurbanov dünyasını dəyişib. Onun nəşi ata yurdu olan Qazax rayonuna gətirilib.

Altı alim “Elm günü”nə həsr olunmuş müsabiqədə qalib oldu

28 Mart 2019 10:24

Bakı Dövlət Universitetində keçirilmiş və “Elm günü”nə həsr olunmuş müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Olaylar.az bildirir ki, BDU-nun rektoru Elçin Babayev Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş “Elm Günü”nün əhəmiyyətindən, ölkədə elmin inkişafına göstərilən dövlət qayğısından bəhs edib.

Diplomatik münasibətlərin qurulmasının 15 illiyi

28 Mart 2019 10:08

Azərbaycan Respublikasının Ekvador Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Elxan Poluxov Ekvador Respublikasının Braziliadakı səfirliyində ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 15 illiyi münasibətilə keçirilən tədbirdə iştirak edib. Olaylar.az bildirir ki, səfir həmkarı ilə xarici işlər nazirləri Elmar Məmmədyarov və Xose Samuel Valesia Amoresin bir birinə ünvanlanmış təbrik məktublarının mübadiləsi həyata keçirmişdir.

Əliqismət Lalayev Minskə səfər edib

28 Mart 2019 10:02

28 mart - 2 aprel tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, rejissor Əliqismət Lalayev Belarusiya Dövlət Akademik Musiqili Teatrının direktoru Aleksandr Petroviçin dəvətilə Minskdə səfərdə olacaq.

Mədəniyyət naziri Ümumdünya İrs Komitəsinin sədri qismində çıxış etdi

28 Mart 2019 09:58

Parisdə YUNESKO baş qərargahında YUNESKO-nun İdarəetmə orqanlarının rəhbərlərinin iclası keçirilmişdir. Olaylar.az bildirir ki, iclasda təşkilatın Baş Konfransının prezidenti Zahour Alaoui çıxış edərək iclasın əsas məqsədinin YUNESKO-nun konvensiyalarının müvafiq idarəetmə orqanlarının işçi metodlarının, prosedurların və idarəetmə vəziyyətlərinə dair işçi qruplarının müvafiq tövsiyə və təkliflərinin müzakirə edilməsindən ibarət olduğunu bildirmişdir.

ABŞ iki ştatını İsrailə versin – SENSASİON TƏKLİF

28 Mart 2019 09:55

BMT yanında Suriyanın daimi nümayəndəsi Bəşər əl-Cəfəri ABŞ-a Şimal Karolina və Cənubi Karolina ştatlarını Qolan təpələrinin əvəzinə İsrailə verməyi təklif edib. Bu haqda təşkilatın saytında deyilir.

Seysmoloji Xidmət Mərkəzində "Açıq qapı" günü 

27 Mart 2019 14:00

Martın 27-də AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunda "Açıq qapı" günü keçirilir.

“Gənc qadınlar elmdə” müsabiqəsinin nəticələri açıqlanıb

27 Mart 2019 13:25

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Gənc qadınlar elmdə” müsabiqəsinin nəticələri açıqlanıb.  Olaylar.az bildirir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 2019-cu il 5 fevral tarixli sərəncamına əsasən təşkil edilən müsabiqənin məqsədi akademiyada çalışan gənc qadınların elmin müxtəlif sahələrində apardıqları tədqiqatlarını, əldə etdikləri nailiyyətlərini, aktual və müasir elmi problemlərin Azərbaycan üçün prioritet olan istiqamətlərində elmi fəaliyyətini stimullaşdırmaq və onların elmin inkişafında rolunu daha da artırmaqdır.

Nəsiminin 650 illiyi ölkədə və xaricdə qeyd olunacaq

27 Mart 2019 13:14

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu il İmadəddin Nəsiminin   anadan olmasının 650 illiyi müxtəlif tədbirlərlə qeyd olunur. Olaylar.az bildirir ki, həmçinin dövlət başçısının daha bir sərəncamı ilə 2019-cu il  ölkəmizdə “İmadəddin Nəsimi ili” elan edilib.

"Muğam- 2019" Televiziya Müsabiqəsi davam edir

27 Mart 2019 13:02

Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin iştirakı ilə  keçirilən "Muğam - 2019" Televiziya Muğam Müsabiqəsinin  növbəti tədbiri keçirildi.  Olaylar.az bildirir ki, müsabiqənin münsifləri xalq artistləri Əlibaba Məmmədov,  Arif Babayev, Səkinə İsmayılova,  Mənsum İbrahimov, Mələkxanım Əyyubova,  Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi,  Muğam Televiziya Müsabiqəsi layihəsinin icraçısı İlqar Fəhmidir.

Elmi ictimaiyyət Fəxri xiyabanda 

27 Mart 2019 11:46

Martın 27-si Azərbaycanda ilk dəfə olaraq Elm Günü kimi qeyd edilir. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasından 74 il ötür. Bu tarix Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli sərəncamı ilə təsis olunub.

Beren Saat DANIŞDI - Doğru deyil!

27 Mart 2019 11:18

Kenan Doğulu ilə boşanacağı xəbəri yayılan Beren Saat bu barədə ilk dəfə danışıb. Aktrisa 28 martda məhkəmələri olması barədə xəbərləri yalanlayıb.

Bədii gimnastımız Fransada iki medal qazanıb

27 Mart 2019 11:16

Fransanın Korbel-Esson şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, turnirdə ölkəmizi Veronika Qudis, Darya Sorokina, Nərmin Bayramova, Arzu Cəlilova və Nərminə Səmədova təmsil ediblər.

Gülben Ergenin eks ərinə 2 illik həbs cəzası

27 Mart 2019 10:55

Müğənni Gülben Ergenin keçmiş həyat yoldaşı Erhan Çelikə 2 illik həbs cəzası verilib. Gülben Ergen eks ərini insanların şəxsi həyatına dair görüntüləri ifşa etməsi ittihamı ilə məhkəməyə verib. Məhkəmənin qərarı ilə aparıcıya 2 il həbs cəzası verilsə də hökmün oxunması təxirə salınıb. Eyni zamanda cəzanı 1 il 8 aya endirən hakim Erhan Çelikin 5 il polis nəzarətində olacağını elan edib.