Diplomatik münasibətlərin qurulmasının 15 illiyi
Azərbaycan Respublikasının Ekvador Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Elxan Poluxov Ekvador Respublikasının Braziliadakı səfirliyində ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 15 illiyi münasibətilə keçirilən tədbirdə iştirak edib. Olaylar.az bildirir ki, səfir həmkarı ilə xarici işlər nazirləri Elmar Məmmədyarov və Xose Samuel Valesia Amoresin bir birinə ünvanlanmış təbrik məktublarının mübadiləsi həyata keçirmişdir.
28 Mart 2019 10:08 SiyasətAzərbaycan Respublikasının Ekvador Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Elxan Poluxov Ekvador Respublikasının Braziliadakı səfirliyində ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 15 illiyi münasibətilə keçirilən tədbirdə iştirak edib. Olaylar.az bildirir ki, səfir həmkarı ilə xarici işlər nazirləri Elmar Məmmədyarov və Xose Samuel Valesia Amoresin bir birinə ünvanlanmış təbrik məktublarının mübadiləsi həyata keçirmişdir.
Xarici İşlər naziri E.Məmmədyarov məktubda Azərbaycanla Ekvador arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü münasibətilə həmkarı X.Amoresi təbrik edərək, dostluq ruhuna əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın iki xalq arasındakı ikitərəfli və çoxtərəfli dialoqun gücləndirilməsinə imkan yaratdığını qeyd etmişdir. Həmçinin məktubda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri əsasında həlli üçün Ekvadorun verdiyi dəyərli dəstəyi vurğulanmışdır.
Ekvadorun xarici işlər naziri isə azərbaycanlı həmkarına ünvanladığı məktubunda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırmışdır. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının xalqlarımızın inkişafına, ümumi birgə məqsədlərə nail olmasına və iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcəyi qeyd edilmiş, Azərbaycan hökuməti və xalqına ən xoş arzular ifadə olunmuşdur.
Tədbirini sonunda Səfir E.Poluxov həmkarı Səfir Diego Antonio Espinosa ilə ikitərəfli əlaqələrin inkişafı və gücləndirilməsinə dair fikir mübadiləsi aparmışdır.
Qeyd olunasıdır ki Azərbaycan Respublikası ilə Ekvador Respublikası arasında diplomatik əlaqələr 22 mart 2004-cü ildə qurulmuşdu.