Əliqismət Lalayev Minskə səfər edib

28 mart - 2 aprel tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, rejissor Əliqismət Lalayev Belarusiya Dövlət Akademik Musiqili Teatrının direktoru Aleksandr Petroviçin dəvətilə Minskdə səfərdə olacaq.

Olaylar.az bildirir ki, hər iki tеаtr arasında gələcək əlaqələrin daha da möhkəmləndirilməsi, yaradıcılıq əlaqələrinin inkişafı baxımından böyük önəm kəsb edən bu səfərin əsas məqsədi qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətindədir.

Teatr rəhbərliklərinin görüş proqramına son illərdə Belarusiya Dövlət Akademik Musiqili Teatrında hazırlanmış tamaşaların, o cümlədən bilavasitə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının müəyyən dəstəyi ilə səhnəyə qoyulan "Arşın mal alan" (Ü.Hacıbəyli) operettasının nümayişi də daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31