Məşhur amerikalı yazıçı ilə görüş keçiriləcək - Muğam Mərkəzində
Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzində “Söz” ədəbi layihəsi çərçivəsində amerika şairi, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Delaver Universiteti Senatının prezidenti və professoru Aleksandr Səlimov (Aleksandr Azim oğlu Səlimov) ilə görüş keçiriləcək.
28 Mart 2019 10:32 MədəniyyətAprelin 6-da Beynəlxalq Muğam Mərkəzində "Söz" ədəbi layihəsi çərçivəsində amerika şairi, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Delaver Universiteti Senatının prezidenti və professoru Aleksandr Səlimov (Aleksandr Azim oğlu Səlimov) ilə görüş keçiriləcək.
Olaylar.az bildirir ki, baş tutacaq tədbirdə rus, ingilis və ispan dili ilə yanaşı ilk dəfə Səlimovun Azərbaycan dilində şerləri səslənəcək .
Aleksandr Səlimov "Çağırış və başqa şeirlər" (Desafío y Otros Poemas) şeir toplusuna görə Viktoriya Urbano ədəbiyyat mükafatına layiq görülüb. Şeir və məqalələri İspaniya, ABŞ, Kanada, Cənubi Koreya və Azərbaycanda dərc edilib.