Gəncədə müşavirə

Gəncədə  Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı  beynəlxalq təcrübə əsasında müəssisələrin idarə olunmasında müasir üsulların formaları və innovativ idarəçilik metodlarının bölgələrdə tətbiqi məsələlərinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib. Olaylar.az bildirir ki, Məhsəti Gəncəvi Mərkəzində keçirilən tədbirdə mədəniyyət nazirinin müavini Rafiq Bayramov, nazirliyin rəsmiləri, regional mədəniyyət idarələrinin rəisləri, kitabxanaların, incəsənət və musiqi məktəblərinin direktorları, həmçinin ayrı-ayrı mədəniyyət müəssisələrinin, bədii və özfəaliyyət kollektivlərinin rəhbərləri iştirak ediblər.

Gəncədə  Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı  beynəlxalq təcrübə əsasında müəssisələrin idarə olunmasında müasir üsulların formaları və innovativ idarəçilik metodlarının bölgələrdə tətbiqi məsələlərinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Olaylar.az bildirir ki, Məhsəti Gəncəvi Mərkəzində keçirilən tədbirdə mədəniyyət nazirinin müavini Rafiq Bayramov, nazirliyin rəsmiləri, regional mədəniyyət idarələrinin rəisləri, kitabxanaların, incəsənət və musiqi məktəblərinin direktorları, həmçinin ayrı-ayrı mədəniyyət müəssisələrinin, bədii və özfəaliyyət kollektivlərinin rəhbərləri iştirak ediblər.

Tədbiri açan mədəniyyət nazirinin müavini Rafiq Bayramov Fərmandan irəli gələn vəzifələr, eyni zamanda, qarşıya qoyulmuş tapşırıqların icrası üçün görüləcək işlərlə bağlı müşavirə iştirakçılarına məlumat verib.

Aparat rəhbərinin müavini, Hüquq və daxili nəzarət şöbəsinin müdiri Namiq Qulamov gələcək illərdə dövlətin mədəniyyət siyasətinin formalaşdırılması üçün müvafiq fərmanın icrasından irəli gələn vəzifələrin zəruriliyindən danışıb.

Bölgələrin mövcud etnik, mədəni müxtəlifliyinin nümayişi və dünyada tanıdılması üçün ayrı-ayrı festivalların, sərgilərin, təqdimatların və konsertlərin vacib olduğunu deyən Namiq Qulamov bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsindən danışıb.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev "Sınanılmış təcrübə və qaçılmaz yeniliklər" mövzusunda təqdimatla çıxış edib. 

Mədəniyyət Nazirliyi tərəfindən 70-dən çox müxtəlif sahəni və mövzuları əhatə edən metodik vəsait hazırlanıb. Mədəniyyət müəssisələrində işləyən kadrların peşə bilik və səriştələrinin artırılması üçün ixtisasartırma təlimlərinin keçirilməsi nəzərdə tutulub. Həmçinin gənc mədəniyyət işçiləri ilə iş - kreativ layihələrin hazırlanması, təqdimatı və reallaşdırılması, könüllülərlə iş, mədəniyyət müəssisələrinin yaradıcı sənaye potensialının təşviqi gələcəkdə görüləcək işlərdəndir.

Asif Usubəliyev mədəniyyət müəssisələrinin sosial statusunun formalaşdırılması üçün peşəkarlığın, müasir xidmətlərin və həmin müəssisələrin imicinin yaradılmasının zəruriliyindən də danışıb.

Regional siyasət şöbəsinin Təhsil müəssisələri ilə iş sektorunun müdiri Lalə Kərimova çıxışında peşəyönümlü incəsənət təhsili və böyüməkdə olan nəslin kütləvi surətdə incəsənətin müxtəlif sahələri üzrə yaradıcılığa cəlb edilməsinin cəmiyyət üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Sonda Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalovanın və Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədovun məruzəsi dinlənilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31